İranda ötən illə müqayisədə oğurluq halları 30% artıb

İranda ötən illə müqayisədə oğurluq halları 30% artıb

GünAz TV: İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Həsən Nəqəvi Hüseyni ölkədə ötən ilə nisbətən oğurluq hallarının 30% artdığını deyib.

 

Onun sözlərinə görə, bunu Komissiyasının iyulun 28-də keçirilmiş iclasında iştirak edən İran Polis Qüvvələri komandanının müavini Eyyub Süleymani deyib.

 

Ölkədə oğurluq hallarının artmasıyla bağlı statistikanı səsləndirən Süleymani qeyd edib ki, 1397-ci ildə (21 mart 2018- 21 mart 2019-red.) ondan öncəki ilə nisbətən bu sahədə 30% artım olub.

 

Polis komandanının müavini buna görə də oğurluqla mübarizə üçün qərargah yaradıldığını deyib.

 

Süleymani ölkədə kiber cinayətkarlığın da sürətlə yayıldığını və bu sahədə baş tutan oğurluqların qeyd edilən müddətdə 95% artdığını əlavə edib.

 

Qeyd etmək lazımdır ki, İranda iqtisadi vəziyyətin ağırlaşması, işsizlik, əmək haqlarının verilməməsi və digər bu kimi hallar son aylar ərzində cinayətlərin və oğurluqların sayının artmağının əsas səbəblərindəndir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN