İranda parada hücumda ölənlərin sayı 24 nəfərə çatıb. “Əl-Əhvaz Qurtuluş Ərəb Hərəkatı” hücumun məsuliyyətini üzərinə götürüb - FOTOLAR və VİDEO

İranda parada hücumda ölənlərin sayı 24 nəfərə çatıb. “Əl-Əhvaz Qurtuluş Ərəb Hərəkatı” hücumun məsuliyyətini üzərinə götürüb - FOTOLAR və VİDEO

GünAzTV: Sentyabrın 22-də İranın Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücumda ölənlərin sayı 24 nəfərə, yaralananların sayı isə 60 nəfərə çatıb. BU barədə İranın “İrna” agentliyi məlumqat yayıb.

 

Bildirilir ki, hərbi parada odlu silahlardan atəş açanlar 4 nəfər olub. Atışma zamanı onlardan ikisi yerindəcə öldürülüb, ağır güllə yarası alan digəri xəstəxanaya çatdırıldıqdan sonra həlak olub, biri isə sağ ələ keçirilib. Hücumçuların adları hələlik mediaya açıqlanmayıb.

 

Atışmadan bir neçə saat sonra, İran ərəblərinin milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən “Əl-Əhvaz Qurtuluş Ərəb Hərəkatı”nın sözçüsü Yaqub Hür Əl-Təstəri BBC və “Azadlıq” radiolarına açıqlamasında hərbi parada hücumun məsuliyyətini öz üzərinə götürdüklərini bəyan edib. O deyib ki, hərbi parada hücum, İran rejiminin Xuzistan əyalətində yaşayan ərəblərə qarşı həyata keçirdiyi kütləvi həbslər və edamlara, eləcə də yerli əhalinin içməli suyunu mərkəzi əyalətlərə yönləndirməsinə cavab olaraq keçirilib.

 

 

Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum olub. Dörd silahlı şəxs, şəhərin bulvarında keçirilən hərbi parada qatılanlara yaxınlıqda yerləşən bir parkın içindən odlu silahlardan atəş açıb. Atəş nəticəsində ən azı 24 “Sepah”çı və hərbçi həlak olub, 60-a yaxın insan yaralanıb.

 

 

 

 

 

 

 

VİDEO:

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN