İranda polis avtomobilinə qarşı silahlı hücumda 2 nəfər ölüb, 1 nəfər yaralanıb

İranda polis avtomobilinə qarşı silahlı hücumda 2 nəfər ölüb, 1 nəfər yaralanıb

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində naməlum şəxslərin polis avtomobilinə qarşı silahlı hücumunda 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

 

Sistan-Bəlucistan əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Məhəmməd Qənbəri jurnalistlərə açıqlamasında bildirib ki, hadisə fevralın 7-si, yerli vaxtla günorta saat 12:00-da Zahidanın giriş meydanında baş verib: “Polis əməkdaşlarının avtomobili narkotik maddələrin qaçamalçılığında günahlandırılan 3 müttəhimi Səravan şəhərinə apararkən, naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

 

Lakin əməkdaşlarımız baş vermiş atışmada cəld tərpənərək, hücumçulardan ikisini öldürüb. Atışmada bizim bir əməkdaşımız yaralanaraq xəstəxanaya yerləşdirilib. Öldürülən hücumçulardan qalan 2 kalaşnikov tüfəngi və müəyyən qədər silah-sursat müsadirə edilib. Faktla bağlı araşdırma aparılır”.

 

Polis komandanı hücumçuların kimliyini və onların hansı müxalif bəluc qrupuna aid olmasını açıqlamayıb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN