İranda polis əməkdaşı silahlı qarşıdurmada həlak olub

İranda polis əməkdaşı silahlı qarşıdurmada həlak olub

GünAzTV: İranda hüquq-mühafizə qüvvələrinin əməkdaşı Əbdülxaliq Fərzadiyan silahlı qarşıdurmada həlak olub.

 

Hadisə, sentyabrın 9-u axşam saatlarında İranın Kohkiluye və Boyer Əhməd əyalətinin Gəçsaran şəhərində baş verib. Yerli hüquq-mühafizə qüvvələri, bir neçə ildir axtarışda olan peşəkar silahlı bir quldurun ətraf kəndlərin birində gizləndiyini öyrəndikdən sonra həmin kəndə gedərək onu tutmağa çalışıblar. Nəticədə tərəflər arasında silahlı qarşıdurma yaranıb. Atışma nəticəsində polis əməkdaşı Əbdülxaliq Fərzadiyan başından güllə yarası alaraq yerindəcə həlak olub. Silahlı quldurun isə gecə qaranlığından istifadə edərək meşə yolu ilə qaçdığı bildirilir.

 

Qeyd olunur ki, olayda həyatını itirən polis əməkdaşı, sentyabrın 10-da öz doğma şəhəri olan Gəçsaranda torpağa tapşırılıb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN