İranda polis gecə şənliyində iştirak edən 72 qadın və kişini həbs edib

İranda polis gecə şənliyində iştirak edən 72 qadın və kişini həbs edib

GünAz TV: İranın Mazandaran ostanının Sari rayonunda gecə şənliyinə qatılan 72 nəfər qadın və kişi polisin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

 

Bu barədə məlumat verən Sarinin prokuroru Yunis Hüseyn bildirib ki, yerli əhalidən rayonun bölgələrindən birində gecə şənliyi keçirilməsi ilə bağlı onlara daxil olan məlumatdan sonra prokurorluq, polis və “Sepah” əməkdaşlarından ibarət yaradılmış əməliyyat qrupunun keçirdiyi əməliyyat nəticəsində şənlikdə spirtli içki qəbul edən və “şəri qaydaları kobud şəkildə pozan” 72 nəfər həbs edilib.

 

Prokurorun sözlərinə görə, məclisdə qadınların və kişilərin iştirakı, eləcə də içki içilməsi və digər “xoşagəlməz” hallar “cinayət” hesab edildiyindən, onların barələrində cinayət işinin seçilməsi üçün təhqiqatlar başlayıb.

 

Şənlikdə saxlanılanların əksəriyyəti gəncləridir. Prokuror onların həbs edilən zaman sərxoş olduqlarını əsas gətirərək, təhqiqatlarda bu şəxslərin digər şəri qaydaları da pozub- pozmamalarının araşdırılacağını bildirib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN