İranda polis qüvvələrinin ETTELAAT bölməsi rəisinin canişini silahlı hücumda qətlə yetirilib

İranda polis qüvvələrinin ETTELAAT bölməsi rəisinin canişini silahlı hücumda qətlə yetirilib

GünazTV: İranın Kirman əyalətinin Ənbərabad şəhərində yerli hüquq mühafizə qüvvələrinin ETTELAAT bölməsi rəisinin canişini baş leytenant Həmid Riyahi naməlum şəxslərin silahlı hücumunda qətlə yetirilib.

 

Hadisə, fevralın 13-ü axşam saatlarında Ənbərabadın Muxtarabad məntəqəsində baş verib. Naməlum silahlı şəxslər Muxtarabadda reyd keçirən Həmid Riyahiyə və onun həmkarlarından birinə odlu silahdan atəş açıblar. Hücum nəticəsində bir neçə güllə yarası alan Həmid Riyahi yerindəcə həlak olub, həmkarlarından biri yaranaraq xəstəxanaya yerləşdirilib.

 

Hücumçular hadisə yerindən qaça bilsələr də, onlardan birinin bir neçə saat sonra Kəhnuc məntəqəsində qaçarkən polis tərəfindən mühasirəyə alınaraq öldürüldüyü bildirilir.

 

Kimliyi bəlli olmayan digər hücumçuları tutmaq üçün bölgədə axtarış əməliyyatına başlandığı bildirilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN