İranda polis rəisi güllələnib

İranda polis rəisi güllələnib

GünAz TV: İranın Sistan və Bəlucistan vilayətinin Zabol rayonunun polis rəisi, polkovnik Əhməd Səmərə İbrahimi güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

 

Vilayətin polis rəisi Məhəmməd Qənbərinin verdiyi məlumata görə, o, rayon ərazisində əməliyyat keçirən zaman silahlılarla atışma nəticəsində yan nahiyəsindən güllə yarası alıb. Xəstəxanaya yerləşdirilən Əhməd Səmərə İbrahiminin vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Qənbəri polis rəisini vuran şəxsin tutulduğunu, evində axtarış aparılan zaman ona məxsus 2 ədəd Kalaşnikov silahı aşkar edilərək götürüldüyünü deyib.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində İranın Sistan və Bəlucistan əyalətində polislə silahlılar və ya sivil şəxslər arasında çoxsaylı silahlı olay yaşanıb. Bunlardan bəzilərində polisin sivil insanları atəşə tutması nəticəsində bir neçə şəxs ölüb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN