İranda polis rəsmisi: “Cənubi Xorasanda narkotik qaçaqmalçıları ilə silahlı qarşıdurmada 1 polis həlak olub, 2-si yaralnıb”

İranda polis rəsmisi: “Cənubi Xorasanda narkotik qaçaqmalçıları ilə silahlı qarşıdurmada  1 polis həlak olub, 2-si yaralnıb”

GünAzTV: Oktyabrın 29-u axşam saatlarında İranın Cənubi Xorasan əyalətinin Xusf şəhərində yaraqlı narkotik qaçaqmalçıları ilə baş verən silahlı qarşıdurmada hüquq-mühafizə qüvvələrinin 1 əməkdaşı həlak olub, 2-si yaralanıb.

 

Bu barədə Cənubi Xorasan əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Məcid Şüca, hadisədən az sonra jurnalistlərə açıqlamasında məlumat verib.

 

O bildirib ki, silahlı qarşıdurma, yerli polis qüvvələrinin yaraqlı narkotik qaçaqmalçılarının izinə düşərkən baş verib: “Təəssüflər olsun ki, tərəflər arasında baş verən qarşıdurmada əməkdaşlarımızdan biri güllə yarası alaraq yerindəcə həlak olub, 2 əməkdaşımız isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə qüvvələrinin hazırda hadisə yerindən qaçan yaraqlı qaçaqmalçıları tutmaq üçün başlatdığı axtarış əməliyyatı davam edir”.

 

 

Polis komandanı olayda həyatını itirən və yaralanan əməkdaşlarının adlarını mediaya açıqlamayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN