İranda polisin etirazçılara atəş açması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

2019-11-16 21:06

GünAz TV: Xəbər verdiyimiz kimi, İranın müxtəlif şəhərlərində ötən axşamdan benzinin 3 dəfə bahalaşmasına görə xalq etirazları başlayıb.

 

Bu gün ərzində keçirilən etirazlar zamanı polisin insanlara atəş aşması nəticəsində azı 9 nəfər ölüb. Məlumatlara əsasən, ölüm hallarının 4-ü Xürrəmşəhr, qalanları isə hərəsində 1 nəfər olmaqla, Sircan, Şiraz, İsfahan, Behbahan və Kərəcdə qeydə alınıb.

 

İnsan haqları fəalları etiraz dalğasının Məşhəd, Bircənd, Buşehr, Əhvaz, Mahşəhr, Gəçsaran, Babol, Ümidiyyə, Şuştər, Zahidan, Güney Azərbaycan şəhərləri və digər bölgələrə də yayıldığını bildirirlər. Müxtəlif şəhərlərdə ayağa qalxan xalq dövlətdən benzinə tətbiq edilmiş qiymət artımını ləğv etməyi tələb edir.

 

İranın hökumət saytlarında çıxan məqalələrdə insanların "siyasi şüarlar səsləndirmədikləri", "yalnız benzinin bahalaşmasına" etiraz etdikləri iddia olunur. Lakin sosial şəbəkələrdə aksiyalardan yayılmış videolarda xalqın "ölüm olsun diktaturaya" və İranın Yaxın Şərqdə yürütdüyü siyasətə qarşı şüarlar səsləndirdiyi, eləcə də "dini lider" Əli Xamneyinin şəklini yandırdığı nəzərə çarpır.

 

Məşhəd şəhərindən yayılan videolarda insanların avtomobillərini yollarda saxlayıb getmələri, eləcə də "Ruhani həya et, ölkəni azad et", "diktator həya et, ölkəni azad et" kimi şüarlar səsləndirdikləri müşahidə edilir.

 

Bəzi görüntülərdə isə təhlükəsizlik qüvvələrinin sivil etirazçı xalqın üzərinə hücum çəkdiyi görünür.

 

Xatırladaq ki, İran Milli Neft emalı şirkəti ölkə vətəndaşlarına əvvəlcədən xəbərdarlıq etmədən benzinin qiymətini noyabrın 14-dən 15-nə keçən gecədən başlayaraq birdən-birə üç dəfə qaldırıb. Bu isə ölkə vətəndaşlarını şoka salıb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran Müdafiə Nazirliyinin təqaüddə olan rəsmisi Amerikaya "casusluq" ittihamı ilə edam edilib

2020-07-14

gun az article

İran televiziyası Qarabağı "erməni torpağı" adlandırıb- VİDEO

2020-07-14

gun az article

İranda daha 179 nəfər koronavirusdan ölüb, 2521 nəfər “Covid-19” infeksiyasına yoluxub

2020-07-14

gun az article

Amerikalı rəsmi: “Prezident Tramp heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”

2020-07-14

gun az article

İranda daha bir zavodda partlayış baş verib

2020-07-14

gun az article

Mazandaran əyalətində koronavirus infeksiyası pik həddə çatıb

2020-07-14

gun az article

Kirmanşah həbsxanasında daha 1 məhkum edam edilib

2020-07-14

gun az article

GünazTV July.13.2020: “Vaksin hərkəs üçin əlçatan olmalıdır” mesaj Microsoftun qurucusu Bill Qeytsdən gəldi.

2020-07-13

gun az article

İranda deputat koronavirusdan ölüb

2020-07-13

gun az article

İranda "casusluq" ittihamı ilə bir neçə nəfər həbs edilib

2020-07-13

gun az article

İranda daha 2349 nəfər koronavirusa yoluxub, 203 nəfər vəfat edib

2020-07-13

gun az article

İran ermənilərin Tovuzdakı təxribatına da neytral münasibət bildirdi

2020-07-13

gun az article

Musavi: "Nətənz qəzasının səbəbləri ilə bağlı yekun qruplaşdırma həyata keçirilməyib"

2020-07-13

gun az article

İranda dolların məzənnəsi 23 min tümənə yüksəlib

2020-07-13

gun az article

İranda dolların məzənnəsi yenidən qalxıb

2020-07-12

gun az article

İranda petrokimya zavodunda yanğın baş verib

2020-07-12

gun az article

“Sepah” polkovniki Qulaməli Kəffaş koronavirusdan ölüb

2020-07-12

gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12

gun az article

Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb

2020-07-12

gun az article

İranlı rəsmi: “Artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq”

2020-07-12