İranda prezident seçkiləri ərəfəsində milli azlıqlardan olan jurnalistlər təhdid edilib

2017-03-20 10:25

GünAzTV: İranda növbəti prezident seçkiləri ərəfəsində milli azlıqlardan olan bir qrup jurnalist son günlər təhlükəsizlik qurumları tərəfindən çağırılaraq təhdid edilib. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, ötən həftə İranın yerli ərəblər yaşayan Xuzistan əyalətinin Əhvaz şəhərində “Sepah”ın ETTELAAT təşkilatı bir qrup jurnalistə və  ərəb fəallarına SMS göndərərək onları qarşıdan gələn prezident seçkiləri ilə bağlı keçirilən bir iclasa çağırıb. Bildirilir ki, çağırılan şəxslər iclasa buraxılmazdan əvvəl, onların mobil telefonları, noutbukları və diktafonları əllərindən alınıb, üst-başları yoxlanılıb. “Sepah”ın bir neçə komandirinin, eləcə də təhlükəsizlik qurumlarının bəzi rəsmilərinin də qatıldığı iclasda, “Sepah” komandirlərindən biri çxışa başlayaraq ərəb jurnalistləri dolayısıyla təhdid edərək onlara seçkilər zamanı milli tələblərin qabardılmasının yolverilməz olduğunu bildirib: “Bizim bölgənin ərəb ölkələri ilə, o cümlədən də Səudiyyə Ərəbistanı ilə ixtilaf və problemlərimiz son həddə çatıb. Elə buna görə də Səudiyyə Ərəbistanının müdaxiləçi hədəfləri istiqamətində aparılan hər hansı bir fəaliyyət, kəskin və inanılmaz dərəcədə sərt bir reaksiya ilə qarşılanacaq.

 

Jurnalistlərin bəzi məsələlərə, o cümlədən də su, işıq və qazın kəsilməsi, işsizlik, ətraf mühit, şəhər xidmətlərinin çatışmazlığı və cəmiyyətdəki ümumi problemlərə toxunmasında hər hansı bir maneə yoxdur. Lakin seçkilər zamanı milli kimlik məsələsini ortaya atmaq və onu qabartmaq, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Bu isə yolverilməzdir. Unutmayaq ki, bizim hamımızın kimliyi birdir. Biz hamımız iranlıyıq,  İran isə hamımızın vətəni sayılır. Elə buna görə də, “Sepah”, seçkilər atmosferindən istifadə olunmasına və bu şəraitdə hansısa milli kimlik məsələsinin qabardılmasına və bu sahədə aparılan hər hansı bir fəaliyyətə dözməyəcək”.

 

Eyni hadisənin, ölkənin qeyri-fars millətləri yaşayan bir sıra digər əyalətlərində də baş verdiyi bildirilir.

 

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04

gun az article

Tehranın Neftayırma Zavodunda yanğın baş verib

2020-06-04

gun az article

İranın Deyləm şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəisi xəstəliyə yoluxub

2020-06-04

gun az article

İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”

2020-06-04

gun az article

Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”

2020-06-04