İranda qadın pilotlar ilk dəfə sərnişin təyyarəsi idarə ediblər

İranda  qadın pilotlar ilk dəfə sərnişin təyyarəsi idarə ediblər

GünAz TV: Mülki aviasiya pilotu Neşat Cahandari öz İnstagram səhifəsində İranda ilk dəfə iki qadın pilotun daxili reys üzrə uçan sərnişin təyyarəsini idarə etdiyini əks etdirən foto yayınlayıb.

 

O, fotonun üzərində yazdığı yazıda uçuşun bu gün baş tutduğunu və bunun tarixi hadisə olduğunu qeyd edib. Beləliklə, İran tarixində ilk dəfə olaraq, sərnişin təyyarəsini qadınlar idarə edib.

 

Cahandarinin sözlərinə görə, uçuş bu gün 160 nəfər sərnişinlə Tehran- Məşəd istiqamətində baş tutub. Məşhəd- Tehran istiqamətində geri uçuşda isə qadın pilotların idarə etdiyi təyyarənin göyərtəsində 171 nəfər olub.

 

Uçuşda əsas pilot Neşat Cahandari, köməkçi pilot isə Foruz Firuzi olub.

 

Qeyd etmək lazımdır ki, İranda qadınlar uzun müddətdir təməl hüquqları uğrunda mübarizə aparırlar. Son aylar ərzində bu mübarizədə cüzi də olsa, müsbət nəticələr əldə edilir. Belə ki, Səhər Xudayari adlı futbol fanatı olan qızın özünü yandıraraq intihar etməsindən sonra ilk dəfə olaraq bir neçə gün öncə qadınlara millinin görüşünə baxmaq üçün stadiona girməyə icazə verilmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN