İranda qadın tamaşaçıları döyən “əsəbi Şimir” həbs edilib- Video

İranda qadın tamaşaçıları döyən “əsəbi Şimir” həbs edilib- Video

GünAz TV: İranın Hörmüzqan əyalətinin Minab şəhərində qadın tamaşaçıları döyən “əsəbi Şimir”in həbs edildiyilə bağlı xəbərlər yayılıb.

 

Yerli media orqanlarından bəzilərinin yaydığı xəbərlərə görə, həmin dini mərasimdə iştirak edən tamaşaçılar Şimiri nalayiq sözlərlə təhqir ediblər. Nəticədə o əsəbiləşərək, qadın tamaşaçıları döyməyə başlayıb.

 

Digər məlumatlarda isə bildirilir ki, mərasim başlamazdan əvvəl bir qrup qadın Şimirə şiələrin 3-cü imamının ailəsinin əvəzinə döyülmək üçün əhd etdiklərini deyib və ondan özlərini döyməsini istəyiblər. Buna görə də, Şimir dini tamaşa zamanı onların istəyini həyata keçirib.

 

Bunlar sadəcə mümkün ehtimallardır və hələ ki, hadisənin motivi barədə dəqiq məlumat verilmir.

 

Qeyd etmək lazımdır ki, bir neçə gün öncə İranda Şimirin tamaşaçıları döyməsini əks etdirən video sosial şəbəkələrdə istifadəçilər arasında sürətlə yayılmışdı.

 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN