İranda qadınların zorakılıqdan qorunması ilə bağlı qanunun hazırlanması uzun illərdən sonra yekunlaşıb

2019-09-18 13:54

GünAz TV: İranda qadınların zorakılıqdan qorumasıyla bağlı qanunun hazırlanması uzun illərdən sonra və bəzi dəyişikliklərin edilməsiylə yekunlaşıb.

 

“Qadınların zorakılığa qarşı təhlükəsizliyinin təmin edilməsi” adlanan qanun layihəsinin yeni mətnində onun adı dəyişdirilib, eləcə də zorakılığın tərifi və xüsusilə onun ailədə olan nümunələrilə bağlı əksər müddəalar silinərək, qəbul edilməsi üçün məhkəmə sistemindən dövlətə təqdim edilib.  

 

Bunu ötən gün məhkəmə sisteminin sözçüsü Qulamhüsyn İsmayıli bildirib. O əlavə edib ki, yeni mətnin işlənməsi dövlət, məhkəmə sistemi və Milli Məclisin araşdırmalar mərkəzi ilə məhkəmə sisteminin hüquq məsələləri üzrə şöbəsinin xüsusi işçi qrupu arasında müştərək işçi qrupunun yaradılmasıyla həyata keçirilib.

 

“Qadınların zorakılığa qarşı təhlükəsizliyinin təmin edilməsi” adlanan qanun layihəsi Həsən Ruhaninin 1-ci prezidentliyi dövründə onun ailə, qadın və uşaq problemləri üzrə müavini olmuş Şahindoxt Molaverdinin zamanında hazırlanmışdı. Bundan öncə həmin qanunun hazırlanması məhkəmə sistemi tərəfindən 5 il idi ki, yubadılırdı.

 

Şahindoxt Molaverdi

 

Hazırki variantda məhkəmə sistemi onun adını “qadınların qorunması, kəraməti və zorakılıq qarşısında təhlükəsizliyinin təmin edilməsi” adı altında hazırlayıb. Dövlət onu təsdiqləsə, qanun kimi qəbul edilməsi üçün Milli Məclisə göndəriləcək.

 

Hazırki mətn əvvəlkinə nisbətən müxtəlif dəyişikliklərə məruz qalıb. Onlardan ən mühümü zorakılığın tərifinin, eləcə də cinsi, psixoloji, emossional zorakılıq, təcavüz, cinsi şiddət (xüsusilə də ailədə) kimi zorakılıq halları ilə bağlı müddəaların silinməsidir.

 

2 il əvvəl Ali Mədəni İnqilab Şurasına bağlı Qadınların Mədəni-İctimai Şurasının sədri Zəhra Ayətullahi bu qanun layihəsinə qarşı çıxmışdı. O bildirmişdi ki, “qanun qəbul edilsə, daha evdə hamı cəzalanmaqdan qorxaraq, qadına gözün üstündə qaşın var deyə bilməyəcək”.

 

Zəhra Ayətullahi

 

“Qadınları qorumağın ən gözəl yolu islamın buyurduğu kimi, bu işi ailənin kişisinin öhdəsinə buraxmaqdır”- deyə Zəhra Ayətullahi ən “optimal” çıxış yolu kimi irəli sürmüşdü.

 

Məhkəmə sisteminin rəhbərinin o dövr hüquqi məsələlər üzrə müavini olmuş Zəbihullah Xodayiyan isə bildirmişdi ki, “bu qanun layihəsi yalnız 1 cinsi nəzərə alaraq hazırlanıb və onda hətta cütlüklər arasında baş verə bilən kiçik bir anlaşılmazlığa görə də kişi üçün həbs nəzərdə tutulur”.

 

Zəbihullah Xodayiyan

 

İran məhkəmə sisteminin rəhbəri İbrahim Rəisi isə cari ilin iyun ayında İranda qadın hüquqları barəsində keçirilmiş konfrans zamanı sözügedən qanun layihəsilə bağlı “özünəməxsus” fikirlər səsləndirmişdi:

 

İbrahim Rəisi

 

“Baxmayaraq ki, hər bir hüquqi dövlət ailələrlə bağlı bu cür qanunlar qəbul edir, lakin ailədə meydana gələn anlaşılmazlıqlar səbəbindən ilk müraciət ediləcək yer məhkəmə olmamalıdır. Həmişə görmüşük ki, ailələr ağsaqqalların müzakirələri ilə cütlüklərin zidiyyətlərini həll edirlər və onlar da barışıb, illərlə bir yerdə yaşayırlar”- deyə Rəisi vurğulamışdı.

 

İran prezidentinin ailə, qadın və uşaq problemləri üzrə müavini Məsumə Ebtekar qanun layihəsinin məhkəmə sistemində yekunlaşması ilə bağlı dünən “Twitter”də yazdığı statusda dövlətin bu istiqamətdə bütün prosesləri izləyəcəyini deyib. O, həmçinin bunu “ailə bağlarının möhkəmləndirilməsi və qadın haqlarına diqqət edilməsi xüsusunda böyük addım” adlandırıb.

 

Qeyd edək ki, İranda ailədə qadınların heç bir hüququ yoxdur. İran Ailə Məcələnin 1105-ci maddəsinə əsasən, ailədə söz sahibi kişidir, onun əmrləri qadın tərəfindən sorğu-sualsız icra olunmalıdır.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Minu Mohrəz: “Koronavirus mutasiya edib. Payızda vəziyyətimiz daha pisləşəcək”

2020-08-09

gun az article

İranda xristianlığı qəbul edən daha 4 nəfər həbsə məhkum edilib

2020-08-09

gun az article

İranın Kirmanşah əyalətində 5.1 bal gücündə zəlzələ baş verib

2020-08-09

gun az article

İranda daha 163 nəfər koronavirusdan ölüb, 2020 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-08-09

gun az article

Əlbürz əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib. İnfeksiyadan ölənlərin sayı 804 nəfərə çatıb

2020-08-09

gun az article

GünazTV Aug.08.2020: “ İran , Çin və Rusiya Amerikadakı seçkilərə müdaxilə etmək üçün fəaliyyətdədir”

2020-08-08

gun az article

Amerika İran, Rusiya və Çinin prezident seçkilərinə müdaxilə ehtimalı ilə bağlı xəbərdarlıq yayıb

2020-08-08

gun az article

İranın Kiş adasının imam-cüməsi koronavirusdan ölüb

2020-08-08

gun az article

İranda daha 2125 nəfər koronavirusa yoluxub, 132 xəstə vəfat edib

2020-08-08

gun az article

Tramp: "Seçkilərdən qalib gəlsəm, tez bir zamanda İranla razılaşma əldə ediləcək"

2020-08-08

gun az article

Tehranda ərəb ata və qız güllələnərək qətlə yetirilib

2020-08-08

gun az article

GünazTV Aug.07.2020: Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

2020-08-07

gun az article

GünazTV Aug.07.2020: “Coronavirus üçün peyvənd 3 Noyabırdan əvvəl bazarda ola bilər!”

2020-08-07

gun az article

İran B.Hukun isefasına reaksiya verdi: “ABŞ-ın maksimum təzyiq kampaniyası məğlubiyyətə uğrayıb”

2020-08-07

gun az article

İranın Sərgəz şəhərində 4.8 bal gücündə zəlzələ olub

2020-08-07

gun az article

İranda daha 156 nəfər koronavirusdan ölüb, 2450 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-07

gun az article

Abbas Musavi: "İran Livanla Beyrut limanının yenidən qurulması üçün əməkdaşlığa hazırdır"

2020-08-07

gun az article

ABŞ Dövlət Departamentinin İran üzrə məsulu Brayan Huk istefa verib

2020-08-07

gun az article

Kelli Kraft: "İran rejimi dünyada 1 nömrəli terror himayəçisidir"

2020-08-07

gun az article

İranın Kərəc şəhərində daha 9 bəhai həbsə məhkum edilib

2020-08-07