İranda qatarla avtomobil toqquşub: Ölənlər var

İranda qatarla avtomobil toqquşub: Ölənlər var

GünAz TV: Bu gün səhər saatlarında Tehran- Qəzvin istiqamətində hərəkətdə olan qatar “Pride” markalı avtomobillə toqquşub.

 

Qəza nəticəsində maşında olan 3 nəfər hadisə yerində ölüb.

 

Şahidlərin sözlərinə görə, nizamlayıcı açıq olduğundan, “Pride” avtomobili dəmir yolundan keçməyə çalışırmış, lakin havanın dumanlı olmasına görə yaxınlaşan qatarı görməyib.

 

Bu, cari həftə ərzində ölkədə baş verən 2-ci qatar qəzasıdır. İki öncə Tehran- Təbriz istiqamətində hərəkət edən qatar relsdən çıxaraq qəzaya uğramışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN