İranda “qızıl sikkə sultanı” ləqəbi ilə tanınan şəxs və həmkarı edam edilib

2018-11-14 09:35

GünAzTV: İranda “Qızıl sikkə sultanı” ləqəbi ilə tanınan Vəhid Məzlumin və həmkarı Məhəmməd İsmayı Qasimi edam edilib.

 

İran Ali Məhkəməsi, hər iki müttəhimə inqilab məhkəməsi tərəfindən çıxarılan ölüm hökmünü bir ay əvvəl təsdiqləmişdi. İran saytlarının yaydığı məlumata əsasən, hər iki müttəhim, noyabrın 14-ü sübh saatlarında bir sıra məhkəmə orqanları rəsmilərinin iştirakı ilə Tehranda dara çəkilib. Ölüm hökmünün Evin zindanında icra edildiyi təxmin edilir. Edam prosesinin gedişatı və müttəhimlərin ailə üzvlərinin edam mərasiminə buraxılıb-buraxılmaması açıqlanmayıb.

 

İran Məhkəmə Sistemi rəisinin birinci müavini Qulamhüseyn Möhsüni Ejei oktyabrın 21-də jurnalistlərə açıqlamasında ölümə məhkum edilmiş hər iki şəxsə qarşı irəli sürülən ittihamları açıqlamışdı: “Bu şəxslər, qanunsuz valyuta və qızıl sikkə ticarəti şəbəkələri yaradaraq, ölkənin iqtisadi sisteminə xələl gətirməkdə, valyuta və qızıl sikkə bazarında böhran yaşanmasına səbəb olmaqda, ölkənin iqtisadi sisteminə xələl gətirməkdə və yer üzündə fəsad törətməkdə günahlandırılıb.

 

 

Ejei, öz açıqlamasında ölkənin qızəl sikkə bazarında yaranmış böhrana görə ümumilikdə 15 nəfərin həbs və mühakimə edildiyini, onlardan ikisinin edama, qalanlarının isə həbs və naqd pul cəriməsinə məhkum edildiyini bildirmişdi.

 

Xatırladaq ki, bir neçə ay əvvəl, İranın hökumət saytları “qızıl sikkə sultanı” adı ilə tanınan əsas müttəhim, Vəhid Məzluminin 2 tonluq qızıl sikkə ilə bərabər həbs edilməsi barədə məlumat yaymışdılar.  Bildirilir ki, hakimiyyət orqanlarında çalışan bəzi tanışları vasitəsilə valyuta və qızıl sikkə bazarı ilə bağlı qəbul ediləcək qərarlardan əvvəlcədən xəbərdar olan Vəhid Məzlumin, tərəfdaşları ilə birlikdə sikkə bazarında olan bütün qızıl sikkələri alaraq, onların qiymətini özləri təyin etməklə, ölkə iqtisadiyyatına ciddi xələl gətiriblər.

 

 

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04

gun az article

Tehranın Neftayırma Zavodunda yanğın baş verib

2020-06-04

gun az article

İranın Deyləm şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəisi xəstəliyə yoluxub

2020-06-04

gun az article

İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”

2020-06-04

gun az article

Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”

2020-06-04