İranda rejimə qarşı xalq etirazları geniş vüsət alır. Tehran, İsfahan, Ərak və Məşhəddə onlarla aksiyaçı həbs edilib – FOTOLAR və VİDEOLAR

İranda rejimə qarşı xalq etirazları geniş vüsət alır. Tehran, İsfahan, Ərak və Məşhəddə onlarla aksiyaçı həbs edilib – FOTOLAR və VİDEOLAR

GünAzTV: İranda, hakim molla rejiminin iflasa uğramış iqtisadi və xarici siyasətinə, milli valyutanın sürətlə dəyərdən düşməsinə, ABŞ dollarının məzənnəsinin anbaan qalxmasına və ölkənin kasıb təbəqəsinin həyatının gündən-günə ağırlaşmasına qarşı xalq etirazları genişlənərək davam edir.

 

İyunun 26-da Tehran, İsfahan, Ərak və Məşhəd şəhərlərində rejimə qarşı küçə yürüşləri keçirilib. Yürüşə qatılan on minlərlə aksiyaçı, o cümlədən də mağaza və ticarət obyektlərinin sahibləri, molla rejiminə qarşı şüarlar səsləndirərək, onun Suriyada yeritdiyi müdaxiləçi siyasətinə, eləcə də ölkə əhalisinin yoxsullaşmasına səbəb olan səriştəsiz iqtisadi planlarına etiraz bildiriblər.

 

“Biqeyrətlər utanıb xəcalət çəkin, məmləkətdən əl çəkin”, “Nə Qəzzəni istəyirik, nə də Livanı, İrana canımız qurban”, “Binamus! binamus!, tutduğun insanları burax”, “İranlı ölər, zillətə dözməz”, “Diktatora ölüm”, Suriyanı burax, bizə gün ağla”, “Xamneyiyə ölüm”, və digər şüarlar səsləndirən aksiyaçılar, rejim qüvvələrinin dinc etirazçılara qarşı vəhşicəsinə hücumuna etiraz bildiriblər.

 

Tehranın köhnə üstü örtülü bazarı ətrafındakı küçələrdə keçirilən etirazlar, polis qüvvələrinin kobud müdaxiləsindən sonra qarşıdurmaya gətirib. Nəticədə onlarla aksiyaçı tutularaq naməlum istiqamətə aparılıb. Hazırda paytaxtın mərkəzinə yaxın iri küçə və meydanlarda əlavə polis  qüvvələrinin yerləşdirildiyi, şəhərdə bir növ elan olunmamış fövqəladə vəziyyətin hakim olduğu bildirilir.

 

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, Amerikanın sanksiyalarından ehtiyatlanan onlarla avropalı və beynəlxalq şirkət, son həftələr İranla əməkdaşlığına son qoyub. Bu isə milli valyutanın məzənnəsinin gündən-günə dəyərdən düşməsinə, dolların dəyərinin qalxmasına və ticarət mərkəzlərində alış-verişin dayandırılmasına səbəb olub.

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN