İranda repressiya davam edir: Daha 10 nəfər etirazlara görə saxlanılıb

İranda repressiya davam edir: Daha 10 nəfər etirazlara görə saxlanılıb

GünAz TV: İranda noyabrın 15-dən etibarən benzinin bahalaşdırılmasına qarşı 5 gün müddətində keçirilən etiraz aksiyaları zamanı rejimin başlatdığı repressiya davam edir.

 

Bu dəfə Fars əyalətinin Kazirun və Məməsəni şəhərlərində daha 10 nəfər həbs edilib.

 

Əyalətin polis rəisi Rəhambəxş Həbəbi bildirib ki, ayrı-ayrı əməliyyatlar nəticəsində etirazlarda iştirak etmiş həmin şəxslərdən 8-i Kazirunda, 2-si isə Məməsənidə saxlanılıb.

 

Bundan öncə Fars əyalətinin polis rəsmiləri etirazlar səbəbindən əyalət ərazisində ümumilikdə 300-dən çox insanın həbs edildiyini bəyan etmişdilər.

 

Xatırladaq ki, sözügedən etiraz aksiyaları zamanı İran təhlükəsizlik qüvvələrinin öz xalqına qarşı həqiqi güllələrdən istifadə etməklə açdığı atəş nəticəsində yüzlərlə insan ölmüşdü. Bu günə qədər isə 8 mindən çox insan etirazlarla əlaqəli saxlanılıb. Ölkə rəsmilərinin bir çoxu onlardan çoxunun günahsız yerə saxlandıqlarını etiraf etsələr də, həmin insanların azadlığa çıxmaları üçün heç bir tədbir görülməyib. Eləcə də, Həsən Ruhani bir neçə gün öncə etirazçıların çoxunun “elə-belə” saxlandığını demişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN