İranda seçici fəallığı çox aşağı həddə olub: İsfahanda əhalinin cəmi 20, Məşhəddə və Tehranda isə 30%-i səs verib

2020-02-22 01:18

GünAz TV: "İsna" xəbər agentliyi günorta saat 3-də İran Mərkəzi Seçki Komitəsinin rəhbəri Camal Orfa istinadən ötən gün keçirilən seçkilərdə bütün ölkə üzrə cəmi 11 milyon insanın iştirak etdiyi barədə məlumat yayıb. Halbuki, bu ilki seçkilərdə 58 milyon insanın səsvermə hüququ var idi.

 

"İsna"nın təqdim etdiyi rəqəm həmin saata qədər əhalinin cəmi 19%-nin öz səsvermə hüququndan istifadə etdiyini nümayiş etdirir.

 

Əhalinin az iştirak etdiyinə görə, Daxili İşlər Nazirliyi seçkilərin vaxtını axşam saat 10-a qədər uzadıb və ETTELAAT Naziri Mahmud Ələvi həmin saata qədər aktivliyin "məqbul saya" çatacağına ümid etdiyini deyib.

 

"İsna" saat 18:23-də yaydığı xəbərdə isə Tehranın valisi Ənuşiravan Möhsüniyə istinadən statistikanın bölgələr üzrə deyil, bütün ölkə üzrə açıqlanması xüsusunda qərar qəbul edildiyi barədə məlumat yayıb. Ənuşiravan Möhsüni qərarın nə üçün qəbul edildiyi xüsusunda açıqlama verməyib. O, həmçinin qeyd edib ki, qərara əsasən, təkcə Daxili İşlər Nazirliyi rəqəmləri elan edə biləcək.

 

Buna baxmayaraq, bəzi əyalətlərin valilikləri seçici aktivliyi barədə məlumatları açıqlayıblar.

 

"İrna"nın Qum valisinin müavininə istinadən axşam saat 8-də yaydığı məlumata görə, bu bölgədə 820 min nəfərdən yalnız 320 mini səs verib.

 

İsfahanın valisi Hüseyn Sistani isə bildirib ki, seçkilərdə cəmi 21%-ə yaxın insan iştirak edib.

 

"İrna" Məşhəd şəhərində axşam saat 7-yə qədər seçici aktivliyinin cəmi 30% olduğunu qeyd edib.

 

Daxili İşlər naziri Ədbülrza Rəhmani Fəzli isə jurnalistlərə verdiyi açıqlamada seçici fəallığı ilə bağlı statistikanın sabah (şənbə) elan ediləcəyini bildirib. O, rəqəmlərin niyə seçki günü deyil, bir gün sonra açıqlanacağı ilə bağlı heç nə deməyib.

 

Bundan öncəki Milli Məclis seçkiləri bitən kimi İran Daxili İşlər Nazirliyi dərhal seçici fəallığının 62% olduğunu bəyan etmişdi. Bu il rəqəmlərin açıqlanmasının bir gün sonraya ertələnməsi bir daha insanların seçkilərdə iştirak dərəcəsinin kifayət qədər aşağı olduğuna dəlalət edir.

 

"Fars" xəbər agentliyi saat 18:00-a qədər ölkə üzrə ümumilikdə əhalinin 39-40, Tehranda isə 30%-dən bir az çoxunun səs verdiyi ilə əlaqəli ehtimalların olduğu barədə məlumat yayıb.

 

Qeyd etmək lazımdır ki, son həftələr ərzində İranda əhalinin böyük hissəsi seçkilərə qatılmayacaqlarını bəyan etmişdilər. Müxtəlif siyasi qruplar da insanları seçkiləri boykot etməyə çağırırdılar.

 

Digər tərəfdən, fevralın 15-də Tehran Universitetinin Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Əhməd Nadiri aparılmış rəy sorğusunun nəticəsinin Tehran əhalisinin yalnız 24%-nin seçkilərə qatılacağını göstərdiyini demişdi.

 

Namizədlərin seçilməsi prosesində Konstitusiyaya Nəzarət Şurasının yol verdiyi saxtakarlıqlar və qərəzli mövqelər səbəbindən isə ölkədə islahatçı və mühafizəkar siyasətçilər arasında son aylar ərzində gərginlik yaşanırdı. Bir neçə gün əvvəl İslahatçıların Ali Siyasi Şurası öz namizədlərindən 90%-nin namizədliyinin təsdiqlənmədiyini, Nəzarət Şurasının saxtakarlıq yolu ilə artıq indidən 290 kürsülük Milli Məclisin 170-dən çox kürsüsünə deputat təyin etdiyini bəyan etmişdi.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.06.2020: “Etirazlar Corona virusuna tutulanların sayını artırır”

2020-06-06

gun az article

Zərif sabiq amerikalı diplomatla görüşüb

2020-06-06

gun az article

Amerika İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnamə layihəsini Rusiyaya təqdim edib

2020-06-06

gun az article

İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib

2020-06-06

gun az article

Rəsmi Paris İrandan Fəriba Adilxahı azad etməyi tələb edib

2020-06-06

gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04