İranda sel fəlakəti səngimək bilmir. Sel daha bir neçə şəhərdə ciddi fəsadlara yol açıb - FOTOLAR və VİDEOLAR

İranda sel fəlakəti səngimək bilmir. Sel daha bir neçə şəhərdə ciddi fəsadlara yol açıb - FOTOLAR və VİDEOLAR

GünazTV: Bir aya yaxındır İranın müxtəlif şəhər və bölgələrində intensiv yağan yağışlar nəticəsində baş verən daşqın və sel fəlakəti səngimək bilmir.

 

Yayılan məlumatlara əsasən, aprelin 15-də Rəzəvi Xorasan əyalətinin Bərdəskən və Kəlat şəhərlərində, Cənubi Xorasanın Sərbişə şəhərinin Mahirid sərhəd bazarında, eləcə də Hormozqan əyalətinin Bəndər Abbas şəhərində yağan aramsız yağışlar nəticəsində evlərə və əkin yerlərinə ciddi ziyan vurub.

 

Bildirilir ki, sel Kəlat şəhərində ən azı 70 evə ziyan vurub, 5 minik avtomobili özü ilə aparıb. Sel, həmçinin Mahirud sərhəd bazarında onlarla evə və mağazaya ciddi xəsarət yetirib, Bəndər Abbas şəhərində isə onlarla minik avtomobili su altında qalıb. Təbii fəlakətdə hər hansı bir insan tələfatının olub-olmaması barədə məlumat yayılmayıb.

 

Həmçinin bir neçə gün aramsız yağan yağışların ardınca Simnan əyalətinin Hüseynabad kəndində baş verən yer sürüşməsi nəticəsində 250 ev dağılıb, 110 ev təxliyə edilib, 570 ev isə uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Yer sürüşməsinin qurbanlarının sayı açıqlanmayıb.

 

 

 Qeyd edək ki, son bir ay ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Cənubi Xorasan, Rəzəvi Xorasan, Hormozqan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 77 nəfər həlak olub, 1076 nəfərdən çox insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib.

 

 

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN