İranda “Sepah”a məxsus hərbi təyyarə qəzaya uğrayıb

İranda “Sepah”a məxsus hərbi təyyarə qəzaya uğrayıb

GünAzTV: İranda “Sepah”a məxsus “Su-22” hərbi təyyarə qəzaya uğrayıb. Bu barədə “Sepah”ın hava-kosmik qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

 

Hadisə noyabrın 11-i sübh saat 8 radələrində İranın Fars əyalətində baş verib və “Sepah” qırıcısı hərbi təlim keçirərkən naməlum səbəblər üzündən qəzaya uğrayıb. Olay nəticəsində təyyarənin pilotu yerindəcə həlak olub. Qəzanın səbəbləri araşdırılır. Pilotun adı mediaya açıqlanmayıb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN