İranda “Sepah”ın 1 üzvü naməlum şəxslərin silahlı hücumunda öldürülüb

İranda “Sepah”ın 1 üzvü naməlum şəxslərin silahlı hücumunda öldürülüb

GünazTV: İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərində “Sepah” terror təşkilatının 1 üzvü naməlum şəxslərin silahlı hücumunda öldürülüb.

 

Bu barədə Piranşəhr fərmandarı Əli Turabi jurnalistlərə açıqlama verib. Onun dediyinə görə hadisə, avqustun 26-sı axşam saatlarında Piranşəhrin İstiqlal küçəsində baş verib. Naməlum yaraqlı kürdlər “Sepah”çıya hücum edərək odlu silahdan bir neçə dəfə atəş açıblar. Atəş nəticəsində “Sepah”çı Xalid Şvanə yerindəcə ölüb. Yaraqlı kürdlər hadisə yerindən qaça biliblər.

 

Hücumçuların tapılması üçün bölgədə axtarış əməliyyatına başlanıldığı bildirilir. Hələlik hər hansı bir kürd təşkilatı “Sepah”çıya qarşı hücumun məsuliyyətini öz üzərinə götürməyib.

 

Qeyd edək ki, ay yarım əvvəl Piranşəhr şəhərində “Kürdüstan Partiyası” adlı yaraqlı bir dəstənin üzvləri bir kənd terminalı yaxınlığında “Sepah”ın bir avtomobilinə odlu silahlardan atəş açaraq 3 “Sepah”çını öldürdükdən sonra hadisə yerindən qaçmışdılar.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN