İranda “Sepah”ın daha 4 əfqanlı muzdlusunun cənazələri torpağa tapşırılıb

İranda “Sepah”ın daha 4 əfqanlı muzdlusunun cənazələri torpağa tapşırılıb

GünAzTV: “Sepah” daha 4 əfqanlı muzdlusu Suriyada həlak olub. Onlardan biri (Məhəmməd İbrahimi) bu ilin yanvar ayında həlak olsa da, onun meyiti yenicə tapılıb.

 

Bəşər Əsəd rejimini qorumaq məqsədilə Suriyaya göndərilən “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdlu döyüşçüləri (Kazım Xavəri, Hüseyn İbrahimi, Qulamhüseyn Rəhimi və Məhəmməd İbrahimi) bu ölkədə Əsədə müxalif qüvvələrlə baş verən qarşıdurmalarda öldürülüb.

 

“Sepah”çılardan ikisinin Suriyanın “Şeyx Hilal” məntəqəsində həlak olduğu bildirilsə də, digər iki nəfərin bu ölkənin konkret hansı bölgəsində öldürüldüyü mediaya açıqlanmayıb. Cənazələri ölkəyə gətirilən “Sepah”çılar, iyulun 13-də İranın Delican və Ərak şəhərlərində torpağa tapşırılıb.

 

 

İranın molla rejimi Əsəd hökumətinin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN