İranda “Sepah”ın daha 6 əfqanlı və pakistanlı muzdlusunun cənazəsi torpağa tapşırılıb

İranda “Sepah”ın daha 6 əfqanlı və pakistanlı muzdlusunun cənazəsi torpağa tapşırılıb

 GünAzTV: “Sepah”ın Suriya savaşında həlak olmuş daha 6 əfqanlı və pakistanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib.

 

Suriyanın diktator rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilmiş “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun”  briqadalarının muzdluları (Vacid Əli, Hüseynəli Rəhimi və ...) bir neçə gün əvvəl bu ölkənin müxtəlif bölgələrində müxaliflərə qarşı keçirilən hərbi əməliyyatlarda öldürülüb. Cənazələri ölkəyə gətirilmiş “Sepah”çılar dekabrın 27-də İranın Qum şəhərində torpağa tapşırılıb.

 

 

Qeyd edək ki, İran Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

 

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN