İranda sərnişin avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər ölüb, 28 nəfər xəsarət alıb

İranda sərnişin avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər ölüb, 28 nəfər xəsarət alıb

GünAzTV: İranda şəhərlərarası sərnişin avtobusun qəzaya uğraması nəticəsində ən azı 11 nəfər ölüb, 28 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Hadisə, sentyabrın 12-si sübh saat 2:30 radələrində Cacirud şəhəri yaxınlığında baş verib. Sentyabrın 11-i axşam saatlarında Kərəcdən Mazandaran əyalətinin Sari şəhərinə yola çıxan avtobus, naməlum səbəblər üzündən Cacirud körpüsünə 1 kilometr qalmış məntəqədə yoldan çıxaraq 50 metrlik dərinliyi olan dərəyə yuvarlanıb. Qəza nəticəsində 11 sərnişin yerindəcə həlak olub, 28-i ağır yaralanıb. Hadisə yerinə xilasedicilər cəlb edilib. Yaralılar ətrafdakı yaxın xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin səhhətinin ağır olduğu bildirilir.

 

Hadisənin səbəbləri araşdırılır.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN