İranda sevdiyi qızı qətlə yetirən oğlan ictimaiyyət qarşısında dara çəkilib

İranda sevdiyi qızı qətlə yetirən oğlan ictimaiyyət qarşısında dara çəkilib

GünAzTV: İranda qəsdən adamöldürmədə  günahlandırılan daha 1 nəfər ictimaiyyət qarşısında edam edilib.

 

İran mənbələrinin yaydığı xəbərə əsasən, adı mediaya açıqlanmayan 27 yaşlı qatil, bu ilin may ayında (1396-cı il, ordibeheştin 12-də) Kirmanşah əyalətinin “İslamabadi-qərb” şəhərində axşam saatlarında anası ilə birlikdə şəhəri gəzməyə çıxan sevdiyi qızın qətlində günahlandırılmışdı. Bildirilir ki, bir neçə dəfə istədiyi qızın evinə elçi göndərən oğlan, həm qızdan və həm də onun ailəsindən qəti rədd cavabı alandan sonra onlardan intiqam almaq qərarına gəlmişdi. Belə ki o, ana və qızını şəhərdə izlədikdən sonra odlu silahdan onlara atəş açmışdı. Atəş nəticəsində qız yerindəcə həlak olmuş, anası isə ağır yaralanmışdı. Hadisə yerindən qaçan qatil, az sonra yaxalanaraq törətdiyi cinayəti etiraf etmişdi.

 

Qeyd olunur ki, törətdiyi qətl hadisəsinə görə edama məhkum edilmiş gənc qatil, sentyabrın 12-si sübh saatlarında Kirmanşah əyalətinin “İslamabadi-qərb” şəhərində ictimaiyyət qarşısında dara çəkilib.

 

İran İslam Respublikası ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN