İranda silahlı insdent baş verib: 6 ölü, 3 yaralı

İranda silahlı insdent baş verib: 6 ölü, 3 yaralı

GünAz TV: “Yanvarın 11-də İranda silahlı atışma baş verib, 6 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.”

 

Bu barədə Ərak şəhər prokuroru Fərşid Məhəmmədhüseyni Tahiri jurnalistlərə məlumat verib. Prokurorun sözlərinə görə, qətl qisas məqsədilə törədilib. Qatil bir nəfər olub, o hadisə yerindən qaçıb.

 

Bundan öncə isə İranın mərkəzi əyalətinin polis rəisi Kiyumərs Əzizi hadisə ilə bağlı bir qədər fərqli açıqlama verib.

 

K. Əzizi bildirib ki, qanlı hadisə Ərak şəhərində baş verib: “Bu gün səhər  polis mərkəzinə atışma ilə bağlı məlumat daxil oldu. Polislər hadisə yerinə göndərildi. Məlum oldu ki, iki silahlı şəxs Ərak şəhərində iki ayrı evə girərək içəridəki şəxslərə atəş açıblar. Hadisə nəticəsində ümumilikdə 5 nəfər ölüb, 4 nəfər yaralanıb”.

 

Polisin təxirəsalınmaz tədbirləri nəticəsində hadisəni törədənlərdən birinin izi tapılıb və o, yaxalanıb. Həbs olunan şəxs əvvəl məhkumluq yaşayıb və həbsdən yeni çıxıb. O, qətli qardaşının köməyi ilə törədib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN