İranda “Teleqram” sosial şəbəkəsinin 3 gənc fəalına 12 il həbs verilib

İranda “Teleqram” sosial şəbəkəsinin 3 gənc fəalına 12 il həbs verilib

GünAzTV: İranda “Teleqram sosial şəbəkəsinin 3 gənc fəalının hər birinə 12 il həbs verilib. Həbsə məhkum edilən 23 yaşlı gənclərin üçü də 1994-cü ildə anadan olub. Bu barədə İrandakı hüquq müdafiəçiləri məlumat yayıb.

 

Bildirilir ki, Tehran inqilab məhkəməsi, müttəhimlər Məhəmməd Mühacir, Əlirza Təvəkküli və Məhəmməd Mehdi Zamanzadəni sistemə qarşı çıxmaqda, “Teleqram”da yaydıqları materiallarda, dini müqədəssləri, eləcə də ölkə lideri Əli Xamneyini təhqir etməkdə günahlandıraraq onların hər birini 12 il həbsə məhkum edib. Gənc müttəhimlər, inqilab məhkəməsinin onlara qarşı irəli sürdüyü ittihamları əsassız sayaraq rədd edib.

 

İran Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) mülki geyimli əməkdaşları, “Teleqram”çı fəalları 2016-cı ilin sentyabr ayında tutublar. Həbs edildikdən sonra aylarla dindirilən müttəhimlər, hazırda Tehranın Evin zindanında saxlanılırlar.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN