İranda təlim təyyarəsi qəzaya uğrayıb, ölənlər var- FOTO

İranda təlim təyyarəsi qəzaya uğrayıb, ölənlər var- FOTO

GünAz TV: Bu gün səhər saatarında İranın Gərmsar şəhərinin İvanaki hava limanı yaxınlığında kiçik təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

 

Ölənlərdən biri 51 yaşlı pilot Məcid Fəthinejad, digəri isə təlim alan 18 yaşlı xanım tələbədir.

 

Təyyarə 150 metrlik hündürlükdə hərəkətdə olan zaman qəfil nasazlıq yaranıb və o, yerə çırpılıb. Hələlik qəzanın dəqiq səbəbləri məlum deyil.

 

Mühafizəkarlara məxsus media orqanları “Fetehin briqadası”nın ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən pilot Məcid Fəthinejadın Bəsic qüvvələrindən olduğu barədə məlumat yayıblar.

 

Qəzada ölən Məcid Fəthinejad

 

Qeyd etmək lazımdır ki, “Fetehin briqadası” “Sepah” terror təşkilatına məxsus briqadalardan biridir. Burada hərbçilər müxtəlif döyüş təlimləri keçdikdən sonra xüsusi əməliyyatlarda iştirak etmək üçün “Sepah” sıralarına qoşulurlar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN