İranda təqaüdçülər Milli Məclisin qabağında etiraz aksiyası keçiriblər

İranda təqaüdçülər Milli Məclisin qabağında etiraz aksiyası keçiriblər

GünAz TV: İranda təqaüdçülər ağır həyat şəraiti və tələblərinə baxılmamasına görə, Milli Məclisin qarşısında etiraz aksiyası keçiriblər.

 

Bu gün keçirilən etiraz aksiyası zamanı təqaüdçülər yarıtmaz dövlət idarəçiliyi əleyhinə şüarlar səsləndirib, öz tələblərinin yerinə yetirilməsini və təqaüdlərin artırılmasını istəyiblər.

 

Qeyd etmək lazımdır ki, ötən aylar ərzində də İranda təqaüdçülər dəfələrlə eyni səbəbdən etiraz aksiyaları keçiriblər. Lakin onların tələbləri həyata keçirilməyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN