İranda timsahlar şəhər mərkəzinə daxil olub

İranda timsahlar şəhər mərkəzinə daxil olub

GünAz TV: İranın Sistan və Bəlucistan vilayətinin cənub şərqində yerləşən Pişin şəhərində görünməmiş hadisə baş verib.

 

Yerli media orqanlarının məlumatına görə, timsahlar şəhərin mərkəzində olan fəvvarələrə cəmləşiblər.

 

Vilayətin Ekologiya İdarəsi timsahların hansı səbəbdən şəhərə hücum etdiyinin məlum olmadığını, bu istiqamətdə araşdırmaların davam etdiyini bildirib. Eləcə də, mütəxəssislər heyvanları yaşayış sahələrindən uzaqlaşdırmaq üçün lazım olan tədbirləri görürlər.

 

Yerli mənbələrin məlumatına əsasən, şəhər mərkəzinə axışan timsahlar agressiv cinslərdən olmadığından, şəhər əhalisinə hücum etmələri halı yaşanmayıb. Lakin öncəki illərdə vilayət ərazisində dəfələrlə timsahların uşaqlara hücum etməsi ilə bağlı xəbərlər yayılmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN