İranda torpaq mənimsəmə hallarına görə daha 4 vəzifəli şəxs həbs edilib

İranda torpaq mənimsəmə hallarına görə daha 4 vəzifəli şəxs həbs edilib

GünAz TV: Tehran əyalətinin Dəmavənd rayonunda 4 məmur torpaq mənimsəmə faktlarına görə cinayət məsuliyyətinə cəlb edilib.

 

Şəhər prokuroru Həsən İbrahiminin sözlərinə görə, həmin vəzifəli şəxslər torpaq mənimsəmə kimi əməllərlə məşğul olan qruplaşmalarla əlbir olaraq, öz vəzifə səlahiyyətlərini aşıb, dövlətə məxsus torpaqları qeyri-qanuni yollarla müxtəlif insanlara satıblar.

 

O, tutulan məmurların və işlədikləri idarələrin adlarını çəkməyib.

 

Qeyd etmək lazımdır ki, İranda qanunsuz olaraq torpaq mənimsəmə və korrupsiya məmurlar arasında geniş yayılmış fenomendir. Xüsusilə “dini lider” Əli Xamneyi bu kimi qeyri-qanuni əməlləri törədən əsas şəxs hesab edilir.

 

Digər tərəfdən, mediada tez-tez İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Şəmxaninin özü və ailəsinin Tehran başda olmaqla, ölkənin bir çox bölgəsində hekratlarla ərazini mənimsədikləri barədə məlumatlar yayılır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN