İranda toyda atışma- ölənlər var

İranda toyda atışma- ölənlər var

GünAz TV: Dünən axşam İranın Kirmanşah əyalətinin Çəmən qəsəbəsində keçirilən toy mərasimi zamanı silahlı insident yaşanıb.

 

Əyalət polisinin verdiyi məlumata görə, qonaqlar arasında yaranan qarşıdurma sonda silahlı insidentlə nəticələnib. Qonaqlardan birinin açdığı atəş nəticəsində 4 nəfər həlak olub, 16 nəfər yaralanıb.

 

Hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilib. Onun əvvəllər məhkum olunmuş şəxs olduğu bildirilir. Polis cinayətkarı saxlamaq istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN