İranda toyuqlara çəkilərinin artması üçün tiryək yedizdirilir

İranda toyuqlara çəkilərinin artması üçün tiryək yedizdirilir

GünAz TV: Son günlər İranda toyuqlara tiryək verilməsilə bağlı xəbərlər yayılıb.

 

Məlumatlarda qeyd edilir ki, toyuqlarda olan xəstəliklərin aradan qaldırılması və çəkilərinin artırılması üçün bəzi fermerlər onlara tiryək yedizdirir.

 

Bunu İranın Fermer Təsərrüfatları Təşkilatının rəhbəri Əlirza Rəfiipur da təkzib etməyib və bildirib ki, bu cür hallar idarəetmə səhvləridir.

 

“Bunu edənlər bilməlidirlər ki, idarəetmədə ciddi səhvə yol verirlər. Çünki tiryək heyvandakı xəstəliyi xroniki hala çevirməkdən başqa, heç bir şey nəticə vermir”- deyə Rəfiipur əlavə edib.

 

Lakin o, rəhbərlik etdiyi quruma toyuqlara tiryək yedirilməsilə bağlı heç bir rəsmi məlumatın daxil olmadığını deyib.

 

Qeyd etmək lazımdır ki, Xorasan vilayətinin Quşçuluq Təsərrüfatları Birliyinin icraçı direktoru Vəliullah Kəşəki bir neçə gün öncə bəzi fermerlərin xəstəlikləri aradan qaldırmaq üçün toyuqlara su vasitəsilə tiryək içirdiyini bildirmişdi.

 

Bundan sonra bəzi media orqanlarında çıxan məlumatlarda qeyd edilirdi ki, fermerlər toyuqların qəbz olması və bununla da çəkilərinin çoxalması üçün tiryəki suda həll edib, onlara içirirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN