İranda tutulan Avstraliya vətəndaşı Kylie Moore-Gilbert 10 il həbsə məhkum edilib

İranda tutulan Avstraliya vətəndaşı Kylie Moore-Gilbert 10 il həbsə məhkum edilib

GünazTV: Bir il əvvəl İranda tutulan Avstraliya vətəndaşı Kylie Moore-Gilbert casusluqda günahlandırılaraq 10 il həbs cəzasına məhkum edilib.

 

Bu barədə Avstraliyanın “Herald Sun” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, xanım Moore-Gilbert ona qarşı irəli sürülən casusluq ittihamını əsassız sayaraq rədd edib.

 

Avstraliyanın Melburn Universitetinin islami araşdırmalar üzrə müəllimi olan Kylie Moore-Gilbert 2018-ci ilin payızında İranda həbs edildikdən sonra casusluqda günahlandırılıb. O, həmin vaxtdan Tehranın Evin zindanında saxlanılır. Onun məhz hansı əməlinə görə casusluqda günahlandırılmasının detalları açıqlanmayıb.

 

Xatırladaq ki, bu ilin oktyabr ayında İranda casusluq ittihamı ilə həbsdə saxlanılan Avstraliya vətəndaşları Jolie King və Mark Firkin azadlığa buraxılıb. Bunun ardınca Avstraliyada islam respublikasına qarşı beynəlxalq sanksiyaları pozduğuna görə həbsdə saxlanılan İran vətəndaşı Reza Dehbaşi sərbəst buraxılıb.

 

Bildirilir ki, Avstraliyanın 8 məşhur universiteti İrana səfərin təhlükəli olduğunu nəzərə alaraq, cari ilin oktyabr ayından başlayaraq öz tələbə və elmi heyətlərinin İrana səfərini dayandırıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN