İranda utancverici hadisə- ata 11 yaşlı qızını 15 milyon tümən qarşılığında 50 yaşlı kişiyə ərə verib

İranda utancverici hadisə- ata 11 yaşlı qızını 15 milyon tümən qarşılığında 50 yaşlı kişiyə ərə verib

GünAz TV: İranın Kürdüstan əyalətində utanc verici hadisə baş verib.

 

Yerli hüquq müdafiəçilərinin verdikləri məlumata əsasən, İlam rayonunun Zərdəlan və Holeyla  kəndləri yaxınlığında yaşayan 11 yaşlı Zəhra adında qız özündən 39 yaş böyük, 50 yaşlı Səfər Əli Rzayi adlı şəxsə ərə verilib. Atası qızına elçi düşən 50 yaşlı şəxsdən evliliyə razılıq vermək üçün 15 milyon tümən tələb edib. Atanın razılığından sonra 11 yaşının 50 yaşlı kişi ilə evliliyi baş tutub.

 

Baxmayaraq ki, dünyanın əksər ölkələrində 18 yaşdan aşağı şəxslər uşaq və onların evliliyi qeyri- qanuni hesab edilir, lakin İranda qanuni evlilik yaşı 13-dür.

 

Təhlükəsizlik səbəbindən adının açıqlanmasın istəməyən İlamda yaşayan sivil aktivistlərdən birinin məlumatına görə, Zəhra 50 yaşlı kişiyə ərə getdikdən sonra Zərdalan kəndində yaşayır. O, həmçinin qızın ciddi psixoloji sarsıntılara məruz qaldığı və bel ağrılarından əziyyət çəkdiyini deyib: “Biz müvafiq qurumlar qarşısında bu məsələni qaldırmışıq, amma hələ ki, heç bir müsbət nəticə əldə edilməyib”- deyə aktivist əlavə edib.

 

İlamda yaşayan yerli jurnalistlərdən birinin dediklərinə əsasən, bölgədə bu cür hallar dəfələrlə müşahidə olunub. Kasıblıq, ağır sosial vəziyyət, eləcə də Zərdalan və Holeyla sakinlərinin əksəriyyətinin şəxsiyyət vəsiqəsinin belə olmaması bu cür halların yaşanmasına səbəb olur. O, bu halların ənənəyə çevrilməsi və uşaqların pul qarşılığında məcbur ərə verilməsinin geniş vüsət alacağı təhlükəsinin yerli insan haqları aktivistləri arasında ciddi narahatlığa səbəb olduğunu qeyd edib.

 

Xatırladaq ki, uşaqların, xüsusilə də qız uşaqlarının erkən nigahı İranın bəzi bölgələrində əsas problemlərdən biridir. Bir müddət əvvəl iranlı tədqiqatçı Kamil Əhmədi İranda 14 min boşanmış azyaşlı qız uşağının olduğunu demişdi.

 

Əhmədinin həmçinin 18 yaşdan kiçik olan qızların evlilik halının getdikcə daha da geniş vüsət aldığını bildirmişdi. Belə ki, 2002-ci ildə evlənən uşaqların 39.609 (4.5%) nəfəri 10- 14 yaş həddi arasında olub. Növbəti ildə bu rəqəm artaraq, 40 min (4.9%) nəfərə çatıb. Digər illərdə də bu proses davam edərək, 2003-cü ildə 5.3%-ə, 2017-ci ildə isə 5.5%-ə çatıb. Bu göstəricilər İranda erkən evlilik həddinin hər il azalmaq əvəzinə artdığını göstərir.

İranlı tədqiqatçı 2016-cı ilin stasistikasının da ürəkaçan olmadığını qeyd etmişdi. Bu ildə qeydə alınmış nikahların 5%-dən çoxu 15 yaşdan kiçik uşaqların evliliyi olub. Onlardan 27 min nəfərdən çoxu 10-14 yaşlar arası olan qız uşaqları, digərləri isə eyni yaş həddində olan 14 min nəfərdən çox oğlan uşaqlarıdır.

 

Ondan əvvəl, 2018-ci ilin may ayında İran Milli Məclisinin qadınlar üzrə iş fraksiyasının üzvü Məsumə Ağapur Əlişahi isə İranda 18 yaşdan aşağı dul qız uşaqlarının sayının 24 min nəfər olduğunu demişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN