İranda Valentin günü- bütün məhdudiyyətlərə baxmayaraq, sevgililər bu günü bayram kimi qeyd edib

İranda Valentin günü- bütün məhdudiyyətlərə baxmayaraq, sevgililər bu günü bayram kimi qeyd edib

GünAz TV: 14 fevral dünyada Valentin günü kimi tanınır. Bu gün sevgililərin öz sevdikləri insanlara sevgilərini ifadə etmək üçün əlamətdar gün hesab edilir. Kökü qərbə gedib çıxan bu gün İranda da cavanlar və orta yaşlı nəsil tərəfindən sevilir.

 

İranda hökumət qüvvələrinin təzyiq və təhdidlərinə baxmayaraq, Valentin günü cavanlar və orta yaşlı nəsil nümayəndələri arasıdna geniş rəğbətə sahibdir. Rəsmilərin təhdidləri və xəbərdarlıqlarına rəğmən, bir neçə həftə əvvəldən ətir, gül və hədiyyə bazarında canlanma müşahidə olunurdu.

 

Sosial şəbəkələrdə iranlı istifadəçilərin yazdıqlarında ölkədə baş verən sosial- iqtisadi vəziyyətə də münasibət nəzərə çarpır. Bəzi sosial şəbəkə istifadəçiləri sevgililər günü münasibəti ilə yazdıqları təbrik mesajlarında İranda qiymətlərin kəskin bahalaşmasına etiraz ediblər.

 

Qeyd etmək lazımdır ki, valentin günündən bir müddət əvvəl İran rəsmiləri və dini simaları xalqa xəbərdarlıq edərək, bu cür “batil” bayramları qeyd edənlərin cəzalandırılacaqlarını bildirmişdilər. Lakin bu xəbərdarlıqlara və bütün məhdudiyyətlərə baxmayaraq, əksər cütlüklər bu günü sevgililər günü kimi qeyd edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN