İranda yanacaq tankeri ilə sərnişin avtobusun toqquşması nətəcəsində 27 nəfər həlak olub - FOTOLAR

İranda yanacaq tankeri ilə sərnişin avtobusun toqquşması nətəcəsində 27 nəfər həlak olub - FOTOLAR

GünAzTV: İranın Kürdistan əyalətinin Sənəndəc şəhərində bir yanacaq tankerinin sərnişin avtobusu ilə toqquşmasında ən azı 27 nəfər həlak olub, bir neçə nəfər ağır yaralanıb.

 

Hadisə, iyulun 10-u, gecə saat 00:24 radələrində Sənəndəcin Dr. Hüseyni bulvarında baş verib. Şəhərin avtovağzalından çıxan sərnişin avtobusu yanacaq tankeri ilə toqquşaraq yanmağa başlayıb. Nəticədə, yaralı vəziyyətdə od-alov içində ilişib qalan qalan  avtobus sərnişinləri yanaraq külə dönüb.

 

Bildirilir ki, hadisəyə səbəb, hərəkətdə olan yanacaq tankerin sürətinin yüksək olması və onun tormozunun qırılması olub. Müxtəlif dərəcəli bədən xəsarəti alan yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

 

 

 

 

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN