İranda yeni kütləvi etirazlar dalğası. 10 şəhərdə etirazçılar diktator Əli Xamneyinin istefasını tələb ediblər – 7 VİDEO

2020-01-12 13:04

GünazTV: İran rəsmilərinin sərnişin təyyarəsinin raketlə vurulması ilə bağlı həqiqəti üç gün inkar etməsindən sonra, onun “Sepah” tərəfindən vurulduğunu rəsmən etiraf etməsinin ardınca yanvarın 11-i axşam saatlarında ölkənin müxtəlif şəhərlərində qəzəbli xalq kütlələri küçələrə axışaraq rejimə qarşı şüarlar səsləndiriblər.

 

Tehranın müxtəlif ali təhsil ocaqlarından, o cümlədən də “Əmir Kəbir” və “Şərif” Universitetlərindən başlanan etirazlar qısa zaman içində paytaxtın əsas küçələrinə yayılıb. Tələbə fəallarının və hadisə qurbanlarının ailələrinin sosial şəbəkələrdə çağırışından sonra, paytaxtdan başqa, Şiraz, Urmiya, İsfahan, Babil, Sari, Rəşt, Həmədan, Kirman və daha bir neçə şəhərdə yüz minlərlə etirazçı küçələrə axışaraq İran rəhbərliyinə qarşı şüarlar səsləndirərək, ölkə diktatoru axund Əli Xamneyinin istefasını tələb ediblər.

 

Əllərində plakatlar gəzdirərək, “Bütün silahlı qüvvələrin baş komandanı (Xamneyi-red) istefa, istefa”, “Diktatora ölüm”, “Xamneyi qatildir, vilayəti batildir”, “Sən qələt eləmisən səhvə yol vermisən”, “Yalançı, yalançı, məmləkəti öz halına burax”, Uzun illərin cinayəti yetər artıq, Vəliyyi-fəqihə ölüm olsun”, “Xamneyi utan xəcalət çək, məmləkədən əl çək”, “Biz bu qədər qurbanları saziş etmək və qatil rəhbəri pərəstiş etmək üçün verməmişik”, “Sepah” cinayət edir, rəhbər də dəstək verir”, “Süleymani qatildir, rəhbəri də cahildir”, “Axund cəhənnəm olsun”, "İslam Respublikası məhv olunmalıdır" və digər bu kimi şüarlar səsləndirən etirazçılar polis qüvvələrinin hücumuna məruz qalıb.

 

Tehranda polis zoraklığına məruz qalan etirazçılar, “dini lider” Əli Xamneyinin və ötən həftə İraqda öldürülən məşhur terrorçu Qasım Süleymaninin divardan asılmış şəkil və bannerlərini cırıb atıblar.

 

Polis və mülki geyimli təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, Tehranda polislə etirazçılar arasında qarşıdurmalar yaranıb. Etiraz aksiyalarında onlarla etirazçı həbs edilərək naməlum istiqamətə aparılıb. Hökumət qüvvələrinin təhdidinə baxmayaraq Tehranda və bəzi digər şəhərlərdə xalq etirazları gecə yarısına qədər davam edib. Hazırda paytaxtda vəziyyətin gərgin olduğu bildirilir.

 

 

Xatırladaq ki, yanvarın 11-də İran rejimi üç gün inkardan sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah”ın atdığı yer-göy raketi ilə vurulduğunu etiraf edib. Rejim rəsmiləri bundan əvvəl təyyarənin texniki nasazlıq üzündən qəzaya uğramasına israr edir, törətdikləri cinayəti ört-basdır etməyə çalışırdılar.

 

Əvvəlcə hadisənin əsl səbəbini gizlətməyə çalışan İran rejimi, Kanada, Amerika, Ukrayna və “Boeing” şirkətinin işə qarışıb dəlil-sübut ortaya qoymasından sonra fakt qarşısında qalaraq, sərnişin təyyarəsinin raketlə vurulduğunu etiraf etmək məcburiyyətində qalıb.

 

İran Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 11-də bəyanat yayaraq, təyyarənin bir şəxsin tələskənliyi səbəbindən yol verdiyi “səhv”ə görə raketlə vurulduğunu etiraf edib.

 

Həmin gün, “Sepah” terror təşkilatının hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə jurnalistlər qarşısına çıxaraq, Ukraynanın sərnişin təyyarəsinin “səhvən” vurulmasının bütün məsuliyyətini öz üzərinə götürüb. O deyib ki, təyyarənin raketlə vurulmasından xəbəri olsa da, onun bu barədə açıqlama verməyə icazəsi olmayıb.

 

 

Qeyd edək ki, yanvarın 8-i sübh saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan altı dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında “Sepah”ın yer-göy raketi ilə vurulub. Az sonra təyyarə yerə çırpılaraq partlayıb.  Hadisə nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 180 nəfər həyatını itirib. Qəzada ölənlərin 147 nəfəri İran vətəndaşlarıdır. Onlardan isə 63-ü həm İran, həm də Kanada vətəndaşlarıdır. Ölənlər arasında digər ölkələrin də bir neçə vətəndaşı var. Bildirilir ki, qəzada ölənlərdən 138 nəfəri Kiyevə çatdıqdan sonra növbəti uçuşla Kanadaya uçmalı idilər.

 

VIDEOLAR:

 

 

 

 

 

 

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda dolların məzənnəsi yenidən qalxıb

2020-07-12

gun az article

İranda petrokimya zavodunda yanğın baş verib

2020-07-12

gun az article

“Sepah” polkovniki Qulaməli Kəffaş koronavirusdan ölüb

2020-07-12

gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12

gun az article

Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb

2020-07-12

gun az article

İranlı rəsmi: “Artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq”

2020-07-12

gun az article

GünazTV July.11.2020: CENTCOM komandiri: İran hökuməti Süleymani öldürüldükdən sonra qarışıqlıq içindədir

2020-07-11

gun az article

GünazTV July.11.2020: “Ayasofya Məscid, Kilsə, yoxsa Muzey”

2020-07-11

gun az article

"Amnesty İnternational" İranın Məhkəmə Sistemini zalım və qeyri-insani adlandırıb

2020-07-11

gun az article

İranın İrəvandakı səfirindən Qarabağla bağlı ermənilərə böyük jest

2020-07-11

gun az article

İranın Ali Məhkəməsi noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü təsdiqləyib

2020-07-11

gun az article

Nətənzdə baş vermiş partlayış İranın nüvə proqramını iki il ləngidəcək

2020-07-11

gun az article

İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb

2020-07-11

gun az article

Brayan Huk: "İranın nef ixracatı 70 min barelə düşüb"

2020-07-11

gun az article

İran parlamentinin Şuştərdən seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11

gun az article

İranda 2 körpə və 1 uşaq koronavirusdan ölüb.

2020-07-10

gun az article

GünazTV July.10.2020: “Amerikada iqtisadi açılıma gedən ştatlar geri addım ata bilər.”

2020-07-10

gun az article

İranda daha 142 nəfər koronavirusdan ölüb, 2262 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb

2020-07-10

gun az article

Rəsmi Beyrut: "İrandan qaz almaqla bağlı planımız yoxdur"

2020-07-10

gun az article

Hormozqan əyalətində “Covid-19” pandemiyası qurbanlarının sayı 356 nəfərə çatıb

2020-07-10