İranda zinada günahlandırılan daha 1 nəfər edam edilib

İranda zinada günahlandırılan daha 1 nəfər edam edilib

GünAzTV: İranda zinada və zorlamada günahlandırılaraq ölümə məkum edilən daha 1 nəfər edam edilib.

 

İki il əvvəl zinada və cinsi təcavüzdə günahlandırılaraq həbs edilən və kimliyi mediaya açıqlanmayan 27 yaşlı müttəhim, bir neçə gün əvvəl İranın Cənubi Xorasan əyalətinin mərkəzi sayılan Bircənd şəhərinin zindanında dar ağacından asılıb. Onun konkret hans tarixdə edam edildiyi haqda hər hansı məlumat yayılmayıb.

 

İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti, ölkə vətəndaşlarına çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN