İrandan qanunsuz yollarla Türkiyəyə keçmək istəyən 13 mühacir şaxta və qar çovğunu şəraitində həlak olublar

İrandan qanunsuz yollarla Türkiyəyə keçmək istəyən 13 mühacir şaxta və qar çovğunu şəraitində həlak olublar

GünazTV: İrandan qanunsuz yollarla Türkiyəyə keçmək istəyən 13 mühacir şaxta və qar çovğunu şəraitində həlak olublar.

 

Bu barədə, Türkiyənin Van şəhərinin bələdiyyə başqanı Məhəmməd Əmin Bilməz fevralın 9-da “Anadolu” agentliyinə açıqlama verib.

 

O deyib ki, hadisə, iki ölkənin sərhəddindəki dağlıq Çaldıran məntəqəsinin Sarı çəmən kəndi yaxınlığında baş verib: “Qanunsuz mühacirlər sərhəddi keçib Türkiyə ərazisinə daxil olsalar da, şaxta və qar çovğununa düşərək həyatlarını itiriblər. Hazırda isə bölgədə olan kəskin hava şəraiti hadisə yerinə xidməti qüvvələrin göndərilməsinə mane olur” -deyə, Van bələdiyyə başqanı Məhəmməd Əmin Bilməz əlavə edib.

 

Türkiyənin “Evrensel” qəzeti isə fevralın 9-da olayla bağlı yaydığı xəbərdə bildirib ki, Dağlıq bölgədə şaxtadan donub ölənlərdən 10-u Əfqanıstan vətəndaşları, 3-ü isə suriyanın Kobani şəhərinin sakinləridir.

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN