İranın 2 yüksək rütbəli rəsmisi Əli Abdulla Salehin öldürülməsinə münasibət bildirib

İranın 2 yüksək rütbəli rəsmisi Əli Abdulla Salehin öldürülməsinə münasibət bildirib

GünAzTV: İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri dekabrın 5-də jurnalistlərə açıqlamalarında Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin yaraqlı husilər tərəfindən öldürülməsinə münasibət bildiriblər.

 

İran rəsmisinin məsələ ilə bağlı açıqlamaları Yəmənin keçmiş prezidentinin öldürülməsindən bir gün sonraya təsadüf edib.

 

Əli Əkbər Vilayəti bildirib ki, Yəmənin gələcəyini yalnız yəmənlilər təyin edəcək: “Yəmən xalqı iki ildir ki, Səudiyyə rejiminin amansız bombardmanı qarşısında müqavimət göstərir. Yəmənlilər, ayıq-sayıq tərpənməklə, müttəfiq adı ilə sıralarına qatılan münafiqlərin onların mübarizəsini məğlubiyyətə uğratmasının qarşısını almağa çalıırlar. Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı tərəfindən hazırlanmış bir məkrli plana əsasən Əli Abdulla Saleh yəmənli mübarizlərə arxadan xəncər vurmalı idi. Lakin onların bu planı məğlubiyyətə uğradı və beləliklə də Əli Abdulla Saleh öz əməlinin cəzasını aldı”.

 

                                           "Sepah"ın baş komandanı Məhəmmədəli Cəfəri

 

Həmin gün “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri də jurnalistlərə açıqlamasında Yəməndə baş verən olaylardan danışıb. O, Yəmənin keçmiş prezidentinin öldürülməsinə eyham vuraraq deyib ki, İran şiə-husilərə yalnız Müstəşarlıq xidməti göstərir: “Xoşbəxtliklə Yəməndə, düşmənlərin “Ənsarullah” və yəmənli mübarizlərə (şiə-husilər) qarşı hazırladığı məkrli planı bətnindəcə boğduruldu”.

 

Xatırladaq ki, Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh dekabrın 4-də bir qrup tərəfdar və mühafizləri ilə birlikdə paytaxt Sənadan çıxarkən İranın dəstəklədiyi yaraqlı şiə-husi dəstələrinin  hücumuna məruz qalaraq öldürülüb. 2014-cü ildə husilərlə ittifaqa girən və onlarla əməkdaşlıq edən Əli Abdullah Saleh, bir həftə əvvəl həmin ittifaqdan çıxaraq Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasına qoşulması, radikal husilərin qəzəbinə səbəb olmuşdu. Salehin öldürülməsi isə əsasən bununla izah edilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN