İranın 20-dən çox şəhərində etirazçıların səsləndirdiyi əsas şüar, “Xamneyiyə ölüm” şüarıdır- VİDEO

İranın 20-dən çox şəhərində etirazçıların səsləndirdiyi əsas şüar, “Xamneyiyə ölüm” şüarıdır-  VİDEO

GünAzTV: İranda hakim ruhanilərin rejiminə, onların səriştəsizliyinə və hakimiyyətin ölkədə və xaricdə yürütdüyü müdaxiləçi və dağıdıcı siyasətinə qarşı kütləvi etirazlar səngimədən daha geniş vüsət alıb.

 

Ölkənin 20-dən çox şəhərinə yayılan etirazlar, dekabrın 30-da İranın Kirmanşah, Şəhri Kord, Bəndər Abbas, İzə, Ərak, Zəncan, Əbhər, Dorud, Xürrəmabad, Əhvaz, Kərəc, Tonekabon, Gövhərdəşt, Tehran və bir neçə digər şəhərində davam edib. Həmin şəhərlərdə kütləvi etirazlara qoşulan vətəndaşların səsləndirdiyi əsas şüarlardan biri “Xamneyiyə ölüm” və “Diktatora ölüm” şüarı olub. Ərak şəhərində isə etirazçılar “Sepah”ın nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının qərargahına hücum edərək  İranın dini lideri, axund Əli Xamneyiyə qarşı ölüm şüarları səsləndirərək onun hakimiyyətdən getməsini tələb ediblər.

 

Yayılan məlumatlara əsasən Ərakda və bir neçə digər şəhərdə hökümət qüvvələri ilə etirazçılar arasında toqquşma yaranıb, onlarla aksiyaçı tutularaq naməlum istiqamətə aparılıb.

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə, İranın 20-dən çox şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna etiraz olaraq kütləvi aksiyalar və yürüşlər keçirilib, dini lider Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və ölkənin digər rəsmilərinə qarşı ölüm şüarları səsləndirilib. Xalq etirazları səngimədən davam edir.

 

Ərak şəhərində etirazçıların “Bəsic” qərargahına hücum edərək onun tablo və banerlərini cırmasını əks etdirən

 

VİDEO:

 

https://www.youtube.com/watch?v=98iFwvklQZ4

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN