İranın 2018-ci ildə hərbi xərcləri 13 milyard dollardan çox olub- FOTOLAR

2019-04-30 16:34

GünAz TV: Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutunun (SİPRİ) aprelin 29-da dərc olunmuş illik hesabatında İranın 2018-ci ildə hərbi xərclərinin 13 milyard 194 milyon dollar olduğu qeyd edilir. Hesabata əsasən, bu rəqəm İranın hərbi xərclərinin 2017-ci il ilə müqayisədə 9.5% azaldığını göstərir.

 

İnstitut geriləmənin səbəbini iqtisadi problemlər, Ümumi Daxili Məhsulun azalması və yüksək inflyasiya həddi ilə əlaqələndirib.

 

Bundan öncə Beynəlxalq Valyuta Fondunun illik statistikasında 2018-ci ildə İran iqtisadi inkişafının 3.9%, cari ildə isə gündəlik 950 min barel neft ixracatını nəzərə almaqla, 6% azalacağı qeyd edilirdi. Fondun proqnozuna əsasən, əgər Amerika İranın neft ixracatını sıfıra endirməyə müyəssər olsa, bu azalmanın həddi kəskin olacaq.

 

Xatırladaq ki, aprelin 22-də Amerika Birləşmiş Ştatları İranın neft ixracatını sıfıra endirmək üçün rəsmi Tehrana qarşı qəbul etdiyi neft sanksiyalarında istisna kimi nəzərdə tutulan 8 ölkəyə verilmiş möhlət hüququnun mayın 2-dən etibarən uzadılmayacağını bildirib. Bu tarixdən sonra həmin 8 ölkə İrandan qara qızıl idxal etdikləri təqdirdə, rəsmi Vaşinqtonun sanksiyalarına məruz qalacaqlar. Nəzərə alsaq ki, neftin İran iqtisadiyyatında payı 40%-dən artıqdır, ixracatın sıfıra enməsi bu ölkənin gəlirlərində böyük azalma ilə müşahidə olunacaq.

 

 

Buna baxmayaraq, İran öz hərbi fəaliyyətlərini davam etdirmək üçün ixracatdan əldə edilən gəlirlərin azalması səbəbindən, alternativ olaraq əsasən özəl sektora aid layihələrin icra olunması üçün təsis edilən “Milli İnkişaf Fondu”ndan pul götürməyi planlaşdırır. Belə ki, cari ilin fevral ayının 4-də İranın 1398-ci il (mart 2019- mart 2020-red.) büdcə layihəsinin uyğunlaşdırılması komissiyasının üzvü Mahmud Nigəhban Salami “dini lider” Əli Xamneyinin “Milli İnkişaf Fondu”ndan hərbi məqsədlər üçün 1.5 milyard dollar vəsait ayırılmasına göstəriş verdiyini demişdi. Xamneyi 1396-cı ildə də qeyd olunan fonddan eyni məqsədlər üçün 2.5 milyard dollar götürülməsinə qərar vermişdi.

 

 

Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutunun məlumatına əsasən, 2018-ci ildə İranın hərbi xərclərinin Ümumi Daxili Məhsulda payı 2.7 faiz olub.

 

 

Qeyd etmək lazımdır ki, İranın hərbi xərcləri barədə digər qurumların yaydıqları statistikalar fərqlidir. Belə ki, BMT baş katibinin Suriya üzrə sabiq elçisi Stefan De Misturanın 2016-cı ildə verdiyi məlumata əsasən, İran 2011-ci ildən həmin tarixə qədər təckcə Əsəd rejiminin legitimliyini qoruması üçün hər il ən azı 6-7 milyard dollar vəsait xərcləmişdi. Digər beynəlxalq qurumlar bu rəqəmin illik olaraq 15- 20 milyard dollar arasında dəyişdiyini bildirirlər.

 

 

Amerikanın neft sanksiyaları səbəbindən ölkənin gəlirlərinin kəskin aşağı düşməsini nəzərə aldıqda, cari ildə də İranın hərbi xərclərinin azalacağı gözlənilir.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.03.2020: İran və Çin ABŞ-dakı qara dərililərin hüquqlarının pozulmasını tənqid etdilər

2020-06-03

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 1079 nəfərə çatıb

2020-06-03

gun az article

Cavad Süleymani: "Sual budur ki, niyə Ukrayna təyyarəsini qəsdən vurdular?"

2020-06-03

gun az article

Morqan Ortaqus: "Sirus Əsgərinin İrana qaytarılması məhkum mübadiləsi əsasında baş tutmayıb"

2020-06-03

gun az article

İranda daha 70 nəfər koronavirusdan ölüb, 3134 nəfər xəstəliyə tutulub

2020-06-03

gun az article

İranda xristianlığı qəbul edən 4 nəfər Evin zindanına çağırılıb

2020-06-03

gun az article

İranda 5 bal gücündə zəlzələ baş verib

2020-06-03

gun az article

Amerika məhkəməsi İran və Suriyanın amerikalılara kompensasiya ödəməsi ilə bağlı qərar qəbul edib

2020-06-03

gun az article

Məşhəddə daha 1 məhkum edam edilib

2020-06-02

gun az article

GünazTV June.02.2020: Bazar günü şiddət hadisələrinin yaşandığı etiraz dalğalarının ardından həftənin ilk günü paytaxt Vaşinqtonda sülh məqsədli protestlər keçirildi.

2020-06-02

gun az article

İranda daha 64 nəfər koronavirisdan ölüb, 3117 nəfər də infeksiyaya yoluxub

2020-06-02

gun az article

Kirmanda narkotik maddə qaçaqmalçıları ilə atışmada sıravi əsgər həlak olub

2020-06-02

gun az article

Zərif Sirus Əsgərinin Amerikadan İrana doğru yola düşdüyünü bəyan edib

2020-06-02

gun az article

‍Əhməd Cənnəti: "Deputatlar namizədliklərin təsdiqlənməməsindən dərs çıxarsınlar"

2020-06-02

gun az article

Kirmanşah əyalətində koronavirusa yoluxanların sayı 4872 nəfərə çatıb

2020-06-02

gun az article

Pompeo: “İranın təhdidləri davam edədənə qədər ABŞ-ın maksimum təzyiq kampaniyası da davam edəcək”

2020-06-02

gun az article

Müctəba Zonnur: "Noyabr etirazlarında 230 nəfər öldürülüb, 7 min nəfər yaralanıb"

2020-06-01

gun az article

İrandan Azərbaycan vasitəsilə Avstriyaya 281 kq heroinin aparılmasının qarşısını alınıb- FOTO

2020-06-01

gun az article

Abbas Musavi İranın iki vətəndaşının Türkiyə tərəfindən İraqda öldürülməsi məsələsinə münasibət bildirib

2020-06-01

gun az article

İran ordusunun komandanının müavini "Sepah"ı sərt tənqid edib

2020-06-01