İranın 4 şəhərində rejimə qarşı etirazlar davam edib- VİDEOLAR

İranın 4 şəhərində rejimə qarşı etirazlar davam edib- VİDEOLAR

GünAzTV: İranın bütün iri şəhərlərinin əsas küçə və meydanları hüquq-mühafizə qüvvələri və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülməsinə baxmayaraq, yanvarın 6-da ölkənin Kərəc şəhərinin Gövhərdəşt məntəqəsində, eləcə də Mahşəhr, Əhvaz və Zahidan şəhərlərində rejimə qarşı kütləvi etirazlar davam edib.

 

Gövhərdəştdə axşam saatlarında küçələrə axışan minlərlə dinc aksiyaçı “Xamneyiyə ölüm”, “Haqqımı almayınca hər gecə bu etirazlar olacaq” və digər şüarlar səsləndirərək hakimiyyətə qarşı öz etirazlarını bildiriblər.

 

Mahşəhr şəhərində isə şəhərin əsas meydanlarından birində toplaşan minlərlə aksiyaçı, axund və molla hakimiyyətinə qarşı müxtəlif şüarlar səsləndirməklə ölkənin indiki ağır durumuna etiraz bildiriblər.

 

Həmin gün, İranın Əhvaz və Zahidan şəhərlərində yüzlərlə  ibtidai məktəb şagirdi, dərsdən çıxıb evə qayıdarkən küçələrdə aksiya keçirərək “Xamneyiyə ölüm” və “Binamus, binamus” (namussuz) şüarları səsləndiriblər.

 

Mahşəhr və Gövhərdəşt etirazlarında onlarla dinc aksiyaçı tutularaq naməlum istiqamətə aparılıb. Tutulanların hazırda harada saxlanıldığı bilinmir.

 

Xatırladaq ki, son on gündə İranın 100-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Hakim çürümüş rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. İranın müxtəlif şəhərlərində keçirilən on günlük etirazlarda ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 1800-dən çox insan həbs edilib.

 

Qeyd edək ki, molla rejiminə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib. Hazırda ölkənin mühüm və iri şəhərlərində elan olunmamış bir növ fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar hələlik dayandırılıb.

 

VİDEOLAR:

 

Gövhərdəşt

 

Mahşəhr

 

Əhvaz

 

Sistan-Bəlucistan əyaləti, Zahidan

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN