İranın 50-dən çox şəhərində ibtidai və orta məktəb müəllimləri kütləvi tətilə başlayıblar - FOTOLAR

İranın 50-dən çox şəhərində ibtidai və orta məktəb müəllimləri kütləvi tətilə başlayıblar - FOTOLAR

GünAzTV: Oktyabrın 14-də İranın 50-dən çox şəhərində ibtidai və orta məktəb müəllimləri ölkədə baş alıb gedən bahalığa, inflyasiyaya, maaşlarının azlığına və həmkarlarına qarşı göstərilən təzyiqlərə son qoyulması tələbi ilə dərs deməkdən imtina edərək kütləvi tətilə başlayıblar.

 

İran Müəllimlərinin Peşə Təşkilatları Koordinasiya Şurasının bir həftə əvvəl etdiyi çağırışına əsasən keçirilən tətillərə, paytaxt Tehrandan başqa ölkənin 50-dən çox şəhərində müəllimlər qoşulub.

 

Bildirilir ki, oktyabrın 14-də İranın Şərqi Azəraycan, Qərbi Azərbaycan, Qəzvin, Həmədan, Tehran, Fars, Rəzəvi Xorasan, Şimali Xorasan, Kirmanşah, Kürdüstan, İlam, Mazandaran, İsfahan, Buşehr, Xuzistan, Loristan, Əlbürz və digər əyalətlərində on minlərlə müəllim dərsi dayandıraraq istəklərinin yerinə yetirilməsini tələb ediblər.

 

Müəllimlər həmçinin üzərində “Müəllimin yeri zindan deyil”, “Ana dilində təhsil haqqı  tanınmalıdır”, “Təhsildə ədalət müəllimlərin haqqıdır”, “Hamıya pulsuz və keyfiyyətli təhsil” və digər şüarlar yazılmış yazılı vərəqələr qaldıraraq, əqidəsinə görə həbs edilmiş həmkarlarının azadlığa buraxılmasını tələb ediblər. Tətilə qoşulan müəllimlər həmçinin sığorta xidmətlərinin aşağı olmasına, təhsil büdcəsinin, eləcə də aylıq məvaciblərinin az olmasına etiraz bildiriblər.

 

 

Yayılan xəbərlərə əsasən, müəllimlərin ölkə üzrə kütləvi tətili bu gün də (oktyabrın 15-i) davam edəcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN