İranın Abadan şəhərində 2 “Sepah”çı silahlı hücumda öldürülüb

İranın Abadan şəhərində 2 “Sepah”çı silahlı hücumda öldürülüb

GünAzTV: İranın sünni məzhəbli ərəblər yaşayan Xuzistan əyalətində, Abadan şəhərinin Minu adasında 2 “Sepah”çı naməlum yaraqlıların silahlı hücumunda öldürülüb.

 

Hadisə, noyabrın 12-si, gecə saat 02:30-da baş verib. Naməlum bir avtomobil sərnişinləri bir motosikletdə hərəkət edən “Sepah”çılara yaxınlaşaraq  onları yaxın məsafədən bir neçə dəfə atəşə tutublar. Atəş nəticəsində “Sepah”çılardan biri yerindəcə həlak olub, digəri isə xəstəxanaya çatdırıdıqdan dərhal sonra keçinib.

 

Olaydan az sonra, İranın yerli ərəblərinin milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən, “Əl-Əhvaz Azadlıq Hərəkatı” bəyanat yayaraq, hücumun məsuliyyətini öz üzərinə götürüb.

 

 

Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum olub. Beş silahlı şəxs, şəhərin “Qüds” bulvarında keçirilən hərbi parada qatılanlara yaxınlıqda yerləşən bir parkın içindən odlu silahlardan atəş açıblar. Atəş nəticəsində ən azı 25 “Sepah”çı, hərbçi və mülki vətəndaş həlak olub, 69-a yaxın insan yaralanıb.

 

 

Hadisənin ardınca, Xuzistan əyalətinin müxtəlif şəhərlərində ərəb mədəni fəallarına qarşı kütləvi həbslər həyata keçirilib. Yayılan bəzi xəbərlərə görə, son ay yarımda tutulan ərəb fəallarının sayı 600 nəfəri keçib.

 

İrandakı ərəb hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, həbs edilən fəallardan 22-si, hərbi parada qarşı hücumda rol oynamaqda günahlandırılaraq, noyabrın 8-i sübh saatlarında Əhvazın mərkəzi zindanında dara çəkilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN