İranın ATR şirkətindən aldığı 4 sərnişin təyyarəsi ölkəyə gətirilib

İranın ATR şirkətindən aldığı 4 sərnişin təyyarəsi ölkəyə gətirilib

GünAzTV: İranın Avropanın təyyarə istehsalı ilə məşğul olan ATR şirkətindən aldığı 4 sərnişin təyyarəsi ölkəyə gətirilib. Bu şirkət, bir fransız-italyan şirkətidir.

 

İran mediasının yaydığı məlumata əsasən, bu ölkənin “İranAir” Aviasiya Şirkətinin təyyarə istehsalçısı olan ATR şirkəti ilə bağladığı müqaviləyə əsasən, 2018-ci ilin sonuna qədər İrana 20 ədəd ATR 72 sərnişin təyyarəsi təhvil verilməlidir. Müqavilənin icrasının ilk mərhələsində isə həmin  təyyarələrdən 4-ü mayın 17-si sübh saatlarında ölkəyə gətirilib.

 

1500 kilometrlik məsafəni birbaşa qət edə bilən bu təyyarələr 70 sərnişini daşıya bilir. Bildirilir ki, alınan təyyarələr ölkədaxili uçuşlar üçün nəzərdə tutulub.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN