İranın Babol şəhərində daha 1 nəfər dara çəkilib

İranın Babol şəhərində daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda qətldə günahlandırılaraq ölüm cəzasına məhkum olunmuş daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, iki il əvvəl, aralarındakı maliyyə ixtilafına görə baş vermiş davada özündən iki yaş kiçik olan Cabir Abadiyan adlı bir gənci qətlə yetirən 27 yaşlı müttəhim, mayın 5-i sübh saatlarında İranın Mazandaran əyalətinin Babol şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin adı və soyadı mediaya açıqlanmayıb.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN