İranın Babol və Məşhəd şəhərlərində daha 2 məhkum edam edilib

İranın Babol və Məşhəd şəhərlərində daha 2 məhkum edam edilib

GünazTV: İranın Məşhəd və Babol şəhərlərində qətldə günahlandırılaraq edama məhkum edilmiş daha 2 nəfər dara çəkilib. Edam edilənlərdən biri qadındır.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl yoxsulluq ucbatından 8 və 9 yaşlı qızı və oğlunu bıçaqla qətlə yetirən və adı mediaya açıqlanmayan 38 yaşlı bir qadın, avqustun 25-i sübh saatlarında Məşhədin mərkəzi zindanında dara çəkilib. O, edamından əvvəl deyib ki, ərinin ölümündən sonra uşaqlarını maddi baxımdan təmin edə bilmədiyinə görə onları qətlə yetirib.

 

Həmçinin qətldə günahlandırılan daha 1 məhkum, avqustun 26-da Mazandaran əyalətinin Babol şəhərində ictimaiyyət qarşısında dar ağacından asılıb. Adı mediaya açıqlanmayan 25 yaşlı məhkum dörd il əvvəl Babolkənar meşəliyində iki əmioğlunu (Abbas Abdullahzadə Dərunklayi və İsmayıl Abdullahzadə Dərunklayi) ov tüfəngi ilə qətlə yetirməkdə və onların pulunu mənimsəməkdə təqsirli bilinib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN