İranın Bağdaddakı səfiri: “İranın bütün hərbi müstəşarları İraqdan çıxarılıb”

İranın Bağdaddakı səfiri: “İranın bütün hərbi müstəşarları İraqdan çıxarılıb”

GünAzTV: İranın Bağdaddakı səfiri İrəc Məscidi dekabrın 28-də İraqın bir qrup media nümayəndələri ilə görüşərək, İran və Amerikanın bu ölkədəki hərbi qüvvələrindən və terrorçu İŞİD qruplaşmasından danışıb.

 

İran səfirinin açıqlaması, ABŞ prezidenti Donald Trampın İraqa elan olunmamış səfərindən iki gün sonraya təsadüf edib.

 

İrəc Məscidi bildirib ki, hazırda İranın İraqda heç bir hərbi müstəşarı yoxdur: “İran İslam Respublikası İraqda terrorçu İŞİD qruplaşmasına qələbənin elan olunmasından və terrorizm təhdidinin aradan qaldırılmasından sonra özünün bütün hərbi müstəşarlarını bu ölkədən çıxararaq İrana qaytarıb.

 

Lakin İŞİD təhdidinin aradan qaldırılmasına baxmayaraq, İran İslam Respublikasının əksinə olaraq, Amerika öz hərbi qüvvələrini bu ölkədə qoruyub saxlayıb, İraqın bir sıra bölgələrində öz hərbi mövqe və bazalarını daha gücləndirməyə başlayıb.

 

Hesab edirik ki, Amerikanın regionda yürütdüyü strateji siyasəti, bölgədə sabitliyi pozmaq və yaşanan mövcud böhranı dərinləşdirməkdir. Amerikalılar, İŞİD-in və terrorizmin bölgədə məhv olub aradan qaldırılmasını istəmirlər. Onlar, sadəcə olaraq, onu idarə etmək istəyirlər. Məqsəd isə, regionda yaşanan mövcud böhran və iltihabı davam etdirməkdir”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN